Fintex subyektlərinin Ani Ödənişlər Sisteminə inteqrasiyası müzakirə edilib FOTOLAR
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankında (AMB) fintex subyektlərinin Ani Ödənişlər Sisteminə inteqrasiyası müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədr müavini Vüsal Xəlilov "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib. Görüşdə bu ilin I yarısında fintex ekosistemində müşahidə olunan əsas trendlər və inkişaf prioritetləri ətraflı müzakirə olunub.
Ani Ödənişlər Sisteminin əhatə dairəsinin genişləndirilməsi və fintex subyektlərinin bu sistem vasitəsilə innovativ həllərə çıxış imkanlarının artırılması, eləcə də elektron pul və ödəniş təşkilatlarının fəaliyyətlərinin ƏL/TMM və informasiya təhlükəsizliyi üzrə qanunvericilik tələblərinə tam uyğunluğunun təmin edilməsi və komplayens risklərinin effektiv idarə olunması məsələləri görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Görüşdə həmçinin xüsusi tənzimləmə rejiminin təkmilləşdirilməsi və tətbiq imkanları, açıq bankçılıq sahəsində aparılan işlər, virtual aktivlər, onların təminatçılarının fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb.
Baxış sayı:40
Bu xəbər 06 Avqust 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















