Icma.az
close
up
RU
Fiqurlu konkisürənimiz: “Məqsədimiz hər zaman inkişaf etməkdir”

Fiqurlu konkisürənimiz: “Məqsədimiz hər zaman inkişaf etməkdir”

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycanın Sofiya Beznosikova - Maks Leleu buz üstündə rəqs cütlüyünün Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq turnirdə qazandığı nəticə yaxşı inkişaf bünövrəsidir”.

Bunu buz üstündə rəqs idmançısı Maks Leleu deyib.

O, yarışla bağlı təəssüratlarını bölüşüb.

“Almatıdakı turnir normal keçdi. Əlbəttə, müəyyən səhvlər oldu, lakin hələ mövsümün başlanğıcıdır. Ümumilikdə nəticələrimizdən şadıq və bu yarışı cari mövsümdə inkişafımız və keyfiyyəti artırmaq üçün bünövrə kimi istifadə edəcəyik. Bununla belə, anlayırıq ki, sərbəst rəqsi maksimum dərəcədə təqdim etmək üçün elementlərin keyfiyyətli icrası üzərində işləmək lazımdır. Turnirdən əvvəl hər bir elementə çox ciddi hazırlaşırıq. Ən vacib element deyə bir şey yoxdur. Əlbəttə ki, bir qədər daha çox diqqət tələb edən elementlər var, lakin ümumilikdə proqramın əvvəlindən sonunadək yalnız texniki elementlərə deyil, həm də artistizmə diqqət yetirərək dəqiqliklə çalışmalıyıq.

Buz üstündə rəqs konki texnikasından tutmuş proqramın daxilindəki ilhama və cütlüyün artistizminə qədər hər şeydə incəsənətdir. Hazırda buz üstündə rəqsin inkişaf meyli üstünlük təşkil edir və biz bunu anlayırıq. Bizi daha yaxşı edəcək bütün istiqamətlərdə özümüzü inkişaf etdirmək istəyirik”, - deyə o report.az-a açıqlamasında söyləyib.

İdmançı turnirin xüsusi əhəmiyyətini vurğulayıb:

“Bu turnir Denis Tenin xatirəsinə həsr olunub, həmçinin Qala şou təşkil edilib. Ona görə də yarış maraqlı və zəngin keçdi. Əlbəttə ki, bizi birləşdirən bu idman növünə – fiqurlu konkisürməyə olan sevgidir”.

Maks Leleu gələcək planlarından da danışıb:

“Məqsəd hər zaman və hər yerdə inkişaf etməkdir. Beynəlxalq arenada hər iki rəqsi – ritm və sərbəst rəqsi nümayiş etdirə bildik və nəticələrimizə sevinirik. Növbəti yarışlarda məqsədimiz mövsümün ən yaxşı göstəricisini yaxşılaşdırmaq, mümkün qədər dəqiq və əmin hazırlaşmaqdır. Yaxın iki gün ərzində isə bərpa olunmaq, daha sonra məşqçimizlə və Azərbaycan Qış İdman Növləri Federasiyasının dəstəyi ilə Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksinin möhtəşəm buz arenasında yenidən məşqlərə yenidən başlamaq istəyirik”.

Qeyd edək ki, oktyabrın 7-dən 11-dək Almatıda keçirilən beynəlxalq yarışda Azərbaycanın Sofiya Beznosikova - Maks Leleu buz üstündə rəqs cütlüyü ritm və sərbəst rəqs üzrə çıxışların yekununda 146,34 xal toplayaraq 5 cütlük arasında 3-cü yeri tutub və bürünc medal qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Oktyabr 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri