Icma.az
close
up
RU
Firon sərdabələrini açan alimlər niyə ölürdülər?

Firon sərdabələrini açan alimlər niyə ölürdülər?

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misirşünas-alim, arxeoloq, “Discovery” kanalının aparıcısı Rami Romaninin “fironların lənəti”nə dair təsəvvürləri müəllifi olduğu proqram üçün beş il əvvəl aparılan çəkilişlərdən sonra dəyişdi. Həmin il o, Amarna şəhərində ötən əsrdə tapılmış, lakin o vaxtdan bəri qapalı qalan sərdabənin açılmasında iştirak edib. Sərdabəni ilk açanların başına nə gəldiyi məlum deyil, lakin səhəri gün Raminin hərarəti 42 dərəcəyə yüksəlib, onda halüsinasiyalar və qanlı öskürək başlayıb. Həkimlər Raminin vəziyyətinin qəfil niyə bu qədər pisləşdiyini anlaya bilməyiblər və ona antibiotik yazmaqdan başqa çarələri qalmayıb. Gənc arxeoloq həmin dönəmdə sözün əsl mənasında ölümdən dönüb.

“Fironların lənəti”ndən danışanda Romani artıq gülmür. O, müsahibəsində başına gələnləri belə xatırlayır: “Qədim bir məzara girirsən və bloklarla əhatə olunmuş sarkofaq görürsən. Orada yazılıb ki, bu mumiyaya yaxınlaşsan, boğularsan. Məncə, bir çox lənətlər qədim kimya ilə bağlıdır. Misirlilər böyük kimyaçılar və bioloqlar idilər və onlar min illərlə davam edən mumiyalar düzəldiblər”.

Tarixdə “Fironun lənəti” kimi tanınan bu qəribə olay 1923-cü ildən “Tutanhamon” adlanmağa başlayıb. Həmin il fevralın 17-də ingilis arxeoloqları gənc fironun dəfn kamerasını açıblar. Aprelin 5-də qazıntıların baş sponsoru olan lord Karnarvon qəfildən ölüb. Belə ki, 56 yaşlı lordu təraş zamanı ağcaqanad dişləyib, Karnarvon həmin yeri kəsib, infeksiya inkişaf edib və sonra pnevmoniya başlayıb… Sərdabəyə girənlərdən biri olan amerikalı Corc Qould may ayında eyni diaqnozla vəfat edib. Növbəti on il ərzində ən azı 12 ekspedisiya üzvü və ya onlarla əlaqəli insanlar müxtəlif səbəblərdən həyatlarını itiriblər.

FOTO: Lord Karnarvon, qızı Evelin və arxeoloq Hovard Karter Tutanxamonun sərdabəsində

“Tutanhamonun lənəti”ni inkar etməyə çalışan avstraliyalı alim Mark Nelson əsrin əvvəllərində “Mumiyanın lənətinə məruz qalan insanların sağ qalması” adlı əsər çap etdirib. Müəllif Karnarvonun müasiri, Nyu-Yorkdakı “Metropoliten İncəsənət Muzeyi”nin Misir şöbəsinin müdirindən sitat gətirib. Həmin şəxs deyib ki, sərdabənin açılışında 24 nəfər iştirak edirdi, onlardan yalnız altısının öldüyünü bilir.

Misir heroqliflərini ilk oxuyan və dəfn strukturlarındakı yazıları öyrənməyə illərini sərf edən Şampolyon 41 yaşında apopleksiyadan ölüb. Bundan əvvəl o, insult keçirib. Ailəsi onun xəstəliklərini Misirdə yoluxduğu naməlum infeksiya ilə əlaqələndirib. Şampolyonun dostu və həmkarı İppolito Rosellini 43 yaşında malyariyadan ölüb. Qahirə muzeyinin yaradıcısı Auquste Mariette qəribə xəstəlikdən sonra kor olub və 59 yaşında dünyadan köçüb.

Tutanhamonun sərdabəsinin açılışında iştirak edən, lənətin mif olduğunu təbliğ etməkdə günahlandırılan arxeoloq və jurnalist Artur Veyqal 54 yaşında xərçəngdən ölüb. “Arxaik Misir”in müəllifi Valter Emeri sərdabənin içində huşunu itirmiş və iki gün sonra dünyasını dəyişmişdi. Onun ölüm səbəbi kimi, insult göstərilmişdi. Giza abidələri üzərində işləyən Corc Reisner piramidadan yerə yıxılıb və bir daha ayağa qalxa bilməyib. Həmin vaxt bunu zəhərlənmə kimi qələmə veriblər.

Napaleon Sfinksin yanında

Və ən əsası, Napoleonun taleyi. Onun Misirdə Xeops piramidasında gecələdiyi barədə məlumat var. Bonapart öldüyü zaman cəmi 51 yaşı vardı. Ürəkbulanma, qusma, qarın ağrısı, qan laxtalanması və nəticədə mədə xərçəngi diaqnozu…

Statistikaya görə, 505 misirşünas və onlarla olan 119 insan qəfil, çox erkən və ya birmənalı olmayan diaqnozlarla ölüb.

Onlara belə ölümcül şəkildə nə təsir edə bilərdi? Öldürücü göbələklər və mikroorqanizmlər?

Tədqiqatçı Ross Fellouz “Journal of Science Exploration”da bununla bağlı maraqlı bir məqalə dərc edib. Fellouz qədim Misir mətnlərini xatırlayır: “İnsanlara əvəzolunmaz biliklər bəxş edən – əkinçilik, sənət, sənətkarlıq, tanrılara sitayiş öyrədən yaşıl dərili tanrı Osiris ölümdən sonra yenidən dirildi. Əfsanəyə görə, ilk mumiya Osirisin cəsədindən hazırlanıb. Tanrını diriltmək üçün onlar sehrli yeməklərdən istifadə edirdilər. Bu yeməklər “zəfəranlı bişintilər” adlanırdı və görünməz gücə sahib idilər”.

Müəllifi hesab edir ki, zəfəranlı bişintilər uran konsentratıdır. Sehrli yeməyin hazırlanması proseduru və istifadə olunan qurğular müasir uranın zənginləşdirilməsi təcrübələrini xatırladır. Fellouz belə qənaətə gəlir ki, Misir sivilizasiyasının baniləri nüvə texnologiyasından istifadə edirdilər. Nüvə texnologiyası olan yerdə isə radioaktiv tullantılar var.

Tədqiqatçı yenə də miflərə diqqət çəkir: “Osirisin göyə yüksəlməsindən sonra onun “zəhərli ifrazatı” və ya “zərərli ruhlar” yerin altında gizli qalmışdır”. Mastabalar on metrlərlə dərinlikdə şaxtalar tikilib, sarkofaqlar isə dibinə endirilib. Ancaq freskalar misirlilərin hələ heç kimin cənazəsinin qoyulmadığı mastabada, çoxlu sayda daş qablarda dəfn edildiyini göstərir. Arxeoloqlar bu qabların məlhəm və ya pivə ilə doldurulduğunu güman edirdilər. Lakin onlar sonradan gips, kül, kir izləri tapdılar. Sonra bu sirli qabların təxminən 40 min dənəsi Osiris ibadətinin əsas mərkəzlərindən biri olan Abidosdan müasir Qahirə yaxınlığındakı nekropol olan Sakkaraya aparıldı.

Ross Fellouz yazır ki, qablar Misir piramidalarının ən qədimi olan “Coser piramidası”nın altında yenidən basdırıldı. Abidosda isə naməlum xəstəlikdən dünyasını dəyişən adi misirlilərin on minlərlə məzarı var idi. Ölənlərin əksəriyyəti yaşı 25-dən az olan gənclər idi.

Misir sardabələrində radiasiya səviyyəsinin yüksək olması məlum faktdır. Bu, təbii olaraq yerin süxurlarından çıxan radon qazı (uranın parçalanması nəticəsində əmələ gəlir) ilə əlaqələndirilir. Yaxşı havalandırma olmasa bu qaz sağlamlığa zərər verə, hətta ağciyər xərçənginə səbəb ola bilər.

1999-cu ildə “Nyu Scientist” jurnalı “Fironlar özlərindən sonra radioaktiv lənəti miras qoyublar” adlı icmal dərc edir. Müəllif Kanadanın Ontario şəhərindəki universitetdən bir alim və Qahirə Atom Enerjisi İdarəsindən olan həmkarları tərəfindən aparılan araşdırmaya istinad edir. Saqqaradakı “Sehemhet piramidası”nda radon konsentrasiyasının səviyyəsi hər kubmetrə 5809 bekerel, yaxınlıqdakı Serapeumun yeraltı tunellərində 1202 bekerelə çatıb. Müqayisə üçün deyək ki, yaşayış binasında 400 bq/kub qeydə alınarsa, o, mütləq sökülməlidir.

Bir sıra ekspertlər əmindirlər ki, bu cür göstəriciləri yer qabığından radonun təbii şəkildə buraxılması ilə əlaqələndirmək olmaz. Haradasa başqa radiasiya mənbələri də gizlənir. Yeri gəlmişkən, müasir Misirdə xərçəng xəstəliyi çox yüksəkdir. Ancaq qədim misirlilərdə də bu göstərici aşağı deyildi. Yaxşı, yekun qənaət nədir? Osiris və arvadı İsida nüvə raket mühərrikini işə salıblar? Qullar da uran mədənlərində ölüblər? Yaxud Napoleon piramidada yatmasaydı, 51 yox, 101 yaşında öləcəkdi? ABŞ-ın ən böyük əczaçılıq şirkətinin toksikoloqu Ross Fellouz məsələni təxminən buna gətirib çıxarır. Bəs, sonuncu dəfə Tutanhamonun sərdabəsinə kim baş çəkib, bu qədər radon hara uçur? Cavab yoxdur…

Arxeoloq Rami Romani Misir abidələrinin 90 faizinin hələ də qumun altında qalıb aşkarlanmadığını deyir. Lord Karnarvon dövrümüzdə yaşasaydı, bəlkə də yeni bir araşdırma üçün sponsorluq edərdi. Təbii ki, Misir hakimiyyəti buna razı olmazdı. Turistləri radiasiya ilə niyə qorxutsunlar ki?

Azpost.info

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Aprel 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see376

Bu gün Dünya Çempionatı başlayır Açılış matçının saatı

11 İyun 2026 09:12see228

İranlı deputatdan Azərbaycanla bağlı SENSASİON ÇIXIŞ

10 İyun 2026 22:12see221

Azərbaycanla münasibətlərimiz strateji səviyyəyə yüksəlib Amerikalı senator

10 İyun 2026 21:34see218

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see217

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see207

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see203

284 saylı məktəbdə birinci sinfə qəbul ləğv olunub? VİDEO

10 İyun 2026 23:51see198

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see196

Fransa və İspaniya ön planda: futbol üzrə dünya çempionatının favoritləri açıqlandı “The New York Times“

10 İyun 2026 21:00see192

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see191

Gənclər Liqası: “Sabah” “Bazel”lə qarşılaşacaq

10 İyun 2026 21:17see187

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

10 İyun 2026 21:23see186

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

10 İyun 2026 21:50see186

Tramp: ABŞ İrandan milyonlarla barel neft çıxarıb

10 İyun 2026 21:16see186

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see184

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see183

Bir dəqiqəyə bir kiloqram bal yedi

11 İyun 2026 01:11see179

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see178

Vuçiç istefa verəcək: “Sizə xəbər verəcəyəm”

11 İyun 2026 13:32see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri