Icma.az
close
up
RU
Fiti Superkubokun və “Neftçi”nin matçını idarə edən çalacaq

Fiti Superkubokun və “Neftçi”nin matçını idarə edən çalacaq

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ferentsvaroş” – “Qarabağ” matçının nə dərəcədə əhəmiyyətli olduğunu bilirik. Ağdamlılar səfərdən mütləq qənaətbəxş nəticə ilə qayıtmalıdı ki, “doğma divarlar” arasında keçiriləcək cavab oyunu üçün şanslarını artırsın. Təbii ki, bu, təkcə “köhlən atlar”ın üstün çıxışından yox, həm də hakimin idarəçilik qabiliyyətlərinin nə dərəcədə düzgün olmasından asılıdı. Deməli, "Football-plus.az"ın ənənəvi hakim təqdimatının vaxtıdı.

Joao Pinyeyro… Hakim karyerasına Portuqaliyanın aşağı liqasında start verən 37 yaşlı ədalət təmsilçisi qısa müddətdə elita klublarının oyunlarına təyinat almağa başlayıb. Portuqaliyalı bu çərçivədə idarə etdiyi 177 oyunda 835 sarı, 32 qırmızı vərəqə göstərib. Pinyeyronun beynəlxalq karyerası yetərincə zəngindi. Belə ki, referi indiyə qədər avrokubokların bütün turnirlərinin təsnifat və əsas mərhələlərində, U-17-lər arasında Avropa çempionatının təsnifat, U-21-lər arasında Avropa çempionatının isə final mərhələsində şans qazanıb. Pinyeyro Gənclər və Millətlər Liqasında, beynəlxalq yoldaşlıq görüşlərində və U-17 dünya çempionatında iş başında olub. Onun xidmətinə başqa ölkələrdə də ehtiyac duyulub. Daha doğrusu, “fit sahibi” Səudiyyə Ərəbistanının Pro liqasında, Yunanıstan superliqasında və Cənubi Kipr liqasında oyunlar idarə edib. Ən əsası, 2016-cı ildən beynəlxalq oyunlara təyinat alan Pinyeyro avqustun 13-də PSJ ilə “Tottenhem” arasında keçirilən Superkubok matçını da idarə edib.
Portuqaliyalı azərbaycanlı futbolsevərlərə tanışdı. Ona görə ki, FİFA referisi 2021-ci ildə “Neftçi”nin matçında iş başında olub. “Fit sahibi” həmin vaxt “ağ-qaralar”ın Yunanıstanda “Olimpiakos”a uduzduğu (0:1) Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşünü idarə edib, meydan sahiblərindən Madi Kamaraya, “Neftçi”dən isə Mərt Çəlikə qırmızı vərəqə göstərib. Maraq üçün bakılılar bu rəqibə cavab oyununda da eyni hesabla uduzmaqla mübarizəni dayandırmışdı.
Ümumiyyətlə, Pinyeyro karyerası ərzində 396 matç idarə edib, bu qarşılaşmalarda 1803 sarı, 68 qırmızı vərəqə üçün əlini cibinə atıb.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Avqust 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri