Icma.az
close
up
RU
Fitrə zəkatı kimlərə vacibdir? İlahiyyatçı açıqladı

Fitrə zəkatı kimlərə vacibdir? İlahiyyatçı açıqladı

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Ramazan ayının son günlərini yaşayırıq və artıq bayram ərəfəsi yaxınlaşır.

Bu günlərdə bir çox insanı düşündürən əsas məsələlərdən biri də fitrə zəkatının kimlərə vacib olması və hansı hallarda verilməsidir.

Mövzu ilə Gununsesi.info–ya danışan ilahiyyatçı Tural İrfan qeyd edib ki, fitrə zəkatı, digər ibadətlər kimi imkan daxilində verilməlidir:

“Yəni zəkat da, xüms də, ümumiyyətlə, sədəqə və maddi yardım ilə bağlı məsələlər insanın gücü və maddi imkanı daxilində olmalıdır. Birinci növbədə maddi imkanı olmayan şəxsin boynuna fitrə zəkatı düşmür.

Əksinə, elə insanlar var ki, onlara fitrə zəkatı verilməlidir. Bu, dini qaydalara görə maddi vəziyyətə uyğun müəyyən olunur. Bəzən kasıb və imkansız insanlar narahat olurlar ki, hamı verir, biz niyə verə bilmirik. Bəzi insanlar da bunu özlərinə sıxıntı kimi qəbul edirlər. Halbuki buna ehtiyac yoxdur.

Belə hallarda nəzərə almaq lazımdır ki, burada müxtəlif kateqoriyalar mövcuddur. Məsələn, fitrə zəkatında buğda, arpa və digər dənli bitkilər əsas götürülür. Bu ərzaq növləri ona görə kateqoriyalara bölünür ki, bəzisi ucuz, bəzisi isə bahadır. Hər kəs imkanı hansı səviyyəyə çatırsa, ona uyğun ölçüdə verməlidir.

Məsələn, 3 kiloqram arpanın qiyməti təxminən 1 manat 20 qəpik ola bilər. Bu məbləğ maddi imkanı zəif olan insanlar üçün nəzərdə tutulur. Maddi imkanı geniş olan şəxslər isə daha bahalı ərzaq növlərinə görə hesablayaraq fitrə verə bilərlər. Məsələn, xurma kimi ərzaqların qiyməti daha yüksəkdir və buna görə həmin şəxslər adam başına daha artıq məbləğ verə bilərlər.

Bu səbəbdən ərzaq növləri müəyyən sıra ilə göstərilir: arpa, buğda, qarabaşaq, lobya, xurma və s. Yəni eyni növdən olan ərzaqlar nəzərdə tutulur. Əgər bir insanın arpa və ya buğda qədər belə imkanı yoxdursa, o zaman onun fitrə zəkatı verməsi vacib deyil. Hətta belə hallarda həmin şəxsə fitrə zəkatı verilməlidir.

Əgər hamının boynuna fitrə zəkatı vermək vacib olsaydı, onu qəbul edən kim olardı? İslamda bu qayda sosial tarazlığı qorumaq məqsədi daşıyır. Ramazan bayramı ərəfəsində insanlar fitrə verərək kasıb şəxslərin də bayram keçirməsinə şərait yaradırlar. Məqsəd budur ki, heç olmasa həmin günlərdə insanların maddi vəziyyəti bir qədər uyğunlaşsın və kasıb insanlar da bayram sevincini yaşaya bilsinlər.

Əgər hamı fitrə zəkatı versə və onu qəbul edən heç kim olmasa, onda bu zəkat kimə veriləcək? Deməli, cəmiyyətdə elə insanlar da var ki, onlar bu yardımı qəbul etməlidirlər və onlara fitrə zəkatı düşür”.

İlahiyyatçı hesab edir ki, maddi imkanı geniş olan şəxslər isə daha səxavətli davranmalı və daha artıq məbləğdə fitrə verməlidirlər:

“Bunu tərəzi ilə, qramla ölçmək zəruri deyil. Əsas məsələ imkan daxilində səxavət göstərmək və daha artıq yardım etməkdir.

İmkanı olmayan şəxslər üçün fitrə zəkatı vacib deyil. Eyni zamanda elə insanlar var ki, həmin ayda onlara oruc tutmaq da vacib sayılmır. Məsələn, xəstə olanlar, səfərdə olanlar, yaşlı şəxslər, uşaqlar və ya ağır şəraitdə işləyən, dolanışıq baxımından çətin vəziyyətdə olan insanlar bu qəbildəndir. Belə hallarda oruc tutmaq mümkün olmaya bilər.

Bu kimi şəxslərin üzərinə fitrə zəkatı düşmür. Yəni oruc tutmaq vacib olmayan şəxs üçün fitrə zəkatı da vacib deyil. Əlbəttə, həmin şəxs istəsə, bunu könüllü yardım kimi verə bilər. Bu halda isə artıq fitrə zəkatı deyil, sadəcə yardım hesab olunur”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Mart 2026 00:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see404

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see370

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see368

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see332

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see328

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see320

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see253

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see243

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see222

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see214

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see210

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see210

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see205

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see195

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see194

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see190

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see190

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri