Flora Kərimovanın ABŞ də ifasını dinləyən afroamerikalının reaksiyası (Video)
Icma.az bildirir, Milli.az portalına istinadən.
Hazırda ABŞ-nin Mayami şəhərində istirahətdə olan azərbaycanlı rəqqas İftixar Rəsulov maraqlı anlar yaşayıb.
Milli.Az xəbər verir ki, sənətçi qaldığı otelin resepşnında olarkən təsadüfən Azərbaycanın Xalq artisti Flora Kərimovanın ifasını dinləyib.
Musiqinin səsləndiyi anlar oteldə çalışan amerikalı əməkdaşın da diqqətini çəkib. Maraqla musiqiyə qulaq asan şəxs İftixar Rəsulovla söhbət edərək ifa barədə maraqlanıb.
Rəqqas həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Paylaşım qısa zamanda maraq doğurub və izləyicilər tərəfindən çoxsaylı bəyənmə və şərhlərlə qarşılanıb.
Sosial şəbəkə istifadəçiləri Flora Kərimovanın səsinin xarici ölkədə də diqqət çəkməsini qürurverici hadisə kimi qiymətləndiriblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 23 İyul 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















