Flora Kərimovanın nəvəsi evlənir Video
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xalq artisti Flora Kərimova nəvəsi Faiqin ailə qurması münasibətilə onu təbrik edib.
Axşam.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında paylaşdığı videoda səhhəti ilə əlaqədar toy mərasimində iştirak edə bilmədiyini bildirib. O, cütlüyə hədiyyə göndərdiyini də qeyd edib.
Flora Kərimova paylaşımında oğlu Oqtaya və nəvəsi Faiqə xitab edərək onlara xoş arzularını çatdırıb:
“Oğlum, qürurum, şərəfim Oqtay… Sevincini, arzunu, ürəyini bilirəm, oğul. Sevincinə sənin qədər sevinirəm. Dualarımla hər zaman yanındayam.
Nəvəm Faiq! Bu gün sən təkcə ömür yolunda yeni bir səhifə açmır, həm də adını daşıdığın babanın xatirəsinə layiq bir ocaq qurursan. Qoy sevginiz ömrünüzdən uzun, eviniz ürəyiniz qədər işıqlı, taleyiniz isə xeyir-dualar qədər saf olsun. Bir-birinizə hər zaman dayaq, sirdaş və əsl həyat yoldaşı olasınız. Öpürəm səni, Faiqim! Sizə sonsuz xoşbəxtlik, ailə səadəti və bərəkətli bir ömür arzulayıram. Sevgilərlə, Flora anan, nənə”.
Baxış sayı:56
Bu xəbər 03 Avqust 2026 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















