FMG Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə əməkdaşlığa başlayıb
Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çinar Plazada Facility Management Group (FMG) və 90-dan çox brendlə təmsil olunan Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) üzvlərinin iştirakı ilə görüş keçirilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Görüşdə FMG şirkətinin direktoru İlham Allahverdiyev və AFRA-nın İdarə Heyətinin sədri Fərid Novruzi iştirak ediblər.
Tədbir çərçivəsində daşınmaz əmlak sahəsi üzrə mövcud vəziyyət, sektorun inkişaf perspektivləri və yeni trendlər haqqında geniş məlumat verilib.
Çıxışlar zamanı hər iki tərəf təmsil etdiyi qurumların fəaliyyəti və gələcək planları barədə məlumat verib. Eyni zamanda, tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, qarşılıqlı təkliflər səsləndirilib.
Görüş zamanı Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının üzvlərinə "Gala Shopping Village" alış-veriş mərkəzi ilə bağlı geniş təqdimat edilib, layihənin konsepsiyası və imkanları diqqətə çatdırılıb.
Tədbirin sonunda Facility Management Group (FMG) və Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. İmzalanan sənəd tərəflər arasında uzunmüddətli tərəfdaşlığın qurulmasına və birgə layihələrin həyata keçirilməsinə xidmət edəcək.
Baxış sayı:25
Bu xəbər 02 Fevral 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















