Icma.az
close
up
RU
Fol turşusu Hamiləlik zamanı ƏN VACİB VİTAMİN

Fol turşusu Hamiləlik zamanı ƏN VACİB VİTAMİN

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Fol turşusu (B9 vitamini) insan orqanizmi üçün ən vacib olan vitaminlərdən biridir.

Bu vitamin mübadilə proseslərində, qan hüceyrələrin yaranmasında iştirak edir, immun və mədə-bağırsaq sistemlərinin fəaliyyətində mühüm rol oynayır.

Saglamolun.az bildirir ki, orqanizmdə olan fol turşusunun defisiti özünü çox vaxt heç bir əlamətlə büruzə vermir. Lakin tədqiqatlara əsasən, məhz bu vitaminin çatışmazlığına (digər vitaminlərlə müqayisədə) daha tez-tez hallarda təsadüf edilir. İlk növbədə fol turşusunun çatışmazlığı zamanı anemiya (qanazlığı) inkişaf edir. Bu anemiya növü zamanı eritrositlərin (qan hüceyrələri) sayı azalır, onların funksiyası pozulur. Əgər bu defisit  vaxtında təshih olunmasa, iştahanın pozulması, əsəbilik, yorğunluq, saçların tökülməsi, dəri problemləri, ishal və s. kimi simptomlar meydana çıxır.

Fol turşusu xüsusən hamiləlik zamanı çox vacibdir. Məsələ burasındadır ki, bu vitamin dölün sinir borucuğunun (daha sonra sinir borucuğundan baş beyini formalaşır) inkişafında böyük rol oynayır. Bundan əlavə fol turşusu ciftin formalaşması üçün çox vacibdir.

Hamiləlik zamanı fol turşusunun çatışmazlığı ilk növbədə dölün sinir sisteminə mənfi təsir edir. Nəticədə döldə hidrosefaliya, anensefaliya (baş beyinin olmaması), beyin yırtıqları və s. ciddi qüsurlar inkişaf edə bilər. Fol turşusunun defisiti hamiləliyin vaxtından tez pozulmasına, cift çatışmazlığına səbəb ola bilər.

Adi vaxt insan orqanizminə gün ərzində 200 mqr fol turşusu tələb olunur. Hamilə qadınlar üçün gün ərzində 400 mqr (bəzi tədqiqatçıların fikirinə görə hətta 800 mqr) fol turşusu lazımdır.

Fol turşusu hansı qida məhsullarında var? Fol turşusunun əsas mənbəyi undur (ağ əla növ un deyil, aşağı növ un). Daha sonra fol turşusu ispanaqda, cəfəridə, yaşıl noxudda, lobyada, sitrus meyvələrində və onların şirələrində, avokadoda var. Heyvani məhsulların arasında bu vitamin az miqdarda qara ciyərdə, balıqda, ətdə var.

Hətta tam dəyərli və balanslaşdırılmış qidalanma hamiləlik zamanı fol turşusuna olan təlabatını tam ödəyə bilmir. Bu səbəbdən istisnasız olaraq bütün həkimlər hamilə qadınlara həb şəklində olan fol turşusu preparatlarını təyin edirlər. Fol turşusu hamiləliyə hazırlıq mərhələsində və hamiləliyin 12-ci həftəsinə qədər mütləq (!) qəbul olunmalıdır.

Nəzərinizə çatdıraq ki, hamilə qadınlar üçün olan bütün vitamin komplekslərinin tərkibində fol turşusunun profilaktik dozası daxildir. Bu səbəbdən əgər siz bu vitamin komplekslərindən birini qəbul edirsinizsə və sizdə bu vitaminin təsdiq olunmuş kəskin defisiti yoxdursa, fol turşusunun əlavə qəbuluna ehtiyac yoxdur.

Adətən hamilə qadına profilaktik dozada olan fol turşusu preparatları təyin edilir. Lakin əgər qadında fol turşusunun kəskin çatışmazlığı təyin olunubsa (bunu qan analizi təsdiq edə bilər), bu zaman həkim xüsusi müalicəvi dozada olan fol turşusu preparatını təyin etməlidir.

Əmizdirmə zamanı fol turşusuna olan təlabat yüksək qalır və bu səbəbdən ana əlavə olaraq fol turşusu preparatlarını qəbul etməlidir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri