Icma.az
close
up
RU
Folklorun milli təhsildəki rolu araşdırılıb

Folklorun milli təhsildəki rolu araşdırılıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 iyul, AZƏRTAC

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Xuraman Kərimovanın “Milli təhsil və folklor” kitabı nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada Azərbaycan folklorunun milli təhsildəki rolundan bəhs olunur, XIX əsrin ikinci yarısından bu günədək tərtib edilmiş ibtidai siniflər üçün ana dili dərsliklərində və uşaq mətbuatında şifahi xalq ədəbiyyatı nümunələrindən, folklor üslubunda yazılmış uşaq əsərlərindən istifadə səviyyəsi araşdırılır.

Müəllif “Ön söz”də tədqiqatın məqsədini və tədris prosesində folklora və bu üslubda yazılmış əsərlərə önəm verilməsinin səbəblərini açıqlayır.

Birinci fəsil folklor mətnlərinin pedaqoji mahiyyəti haqqındadır. Burada uşaq folklorunun səciyyəvi xüsusiyyətləri və uşaqların əqli və mənəvi inkişafında folklorun rolundan bəhs olunur.

İkinci fəsildə ana dili dərsliklərində folklordan istifadə səviyyəsi araşdırılır. Bu fəsildə Azərbaycanda XIX əsrin II yarısında tərtib olunmuş, eləcə də XX əsr ana dili dərslikləri müqayisə və təhlil edilir.

Üçüncü fəsildə keçən əsrin əvvəllərindən müasir dövrədək olan uşaq mətbuatı nümunələri tədqiq edilir, qəzet və jurnalların səhifələrində folklorun hansı səviyyədə yer alması araşdırılır.

Dördüncü fəsil folklor üslubunda yazılmış uşaq əsərlərinin təhsildə mövqeyi haqqındadır. İlk maarifçi yazarların, həmçinin sovet və müstəqillik dövründə uşaq yazıçı və şairlərinin əsərləri təhlil edilir, uşaq mənəviyyatının formalaşmasında bu əsərlərin rolundan bəhs olunur.

Sonuncu fəsildə müəllif müstəqillik dövründə tərtib edilmiş ibtidai sinif ana dili dərsliklərində Azərbaycan folkloruna münasibət məsələlərini araşdırır. Həmçinin bəzi folklor janrlarının təlim-tərbiyə prosesində özünəməxsus rola malik olmasından – şagirdlərin diqqətinin formalaşması, nitq inkişafı, yazı vərdişlərinə yiyələnmə, yaddaşın möhkəmlənməsi, davranış mədəniyyəti, estetik tərbiyə və s. məsələlərdən bəhs edir, müəyyən təkliflər irəli sürür.

Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı (Süleymanova) və filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinovdur.

Kitabdan folklorşünaslar, pedaqoji sahənin tədqiqatçıları, ali məktəblərin filologiya və pedaqogika fakültələrinin bakalavriat və magistratura səviyyələrinin tələbələri istifadə edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri