Icma.az
close
up
RU
Təhsildəki arzular və reallıqlar

Təhsildəki arzular və reallıqlar

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünən təhsil eksperti Etibar Əliyevin yeni dərs ili ərəfəsində, təhsilə dair arzuları barədə Feysbukda yazdığı statusu oxudum. Maraqlı və təhsilimizə lazımlı arzulardır: mən istəyirəm ki, bundan sonra bir istedadlı uşağı belə itirməyək; mən istəyirəm ki, təhsilə təhsili bilən, milli təəssübkeşliyi yüksək olan, təhsili duyan şəxslər rəhbərlik etsinlər; mən istəyirəm ki, təhsildə yuxarı vəzifələrə Dəniz limanından, Azgranatadan, Şəkər zavodundan və digər aidiyyatı olmayan müəssisələrdən bir daha dost, tanış, qohum gətirilməsin; mən istəyirəm ki, şəhid övladları özəl orta məktəblərdə pulsuz təhsil alsınlar; mən istəyirəm ki, şagird və tələbələr ən yaxşı dərsliklərlə təmin olunsunlar v.s.
İndi isə nazir Emin Əmrullayevin bir il əvvəl təhsilə dair səsləndirdiyi arzuya diqqət edək. Nazir deyir: “Arzu edirəm ki, “Məktəblinin Dostu” layihəsi bütün məktəblərdə olsun”. (E. Əmrullayev).
Bu iki arzudan hansı -ekspertin, yoxsa nazirin arzusu dövlətə, xalqa, cəmiyyətə, təhsilimizə, məktəbə, müəllimə, şagirdə daha faydalı olar görəsən?
Sizlərin fikri maraqlıdır bizə. Doğurdanda, bu iki arzudan hansı daha arzu yaxşıdır görəsən? Niyə yaxşıdır? Bəlkə yeni dərs ili ərəfəsində bunu müzakirə edək? Çünki, niyyətin hara, mənzilin ora. Təhsilimizdə çox vaxt doğru hədəf təyin edilmədi, edilən hədəflərə də heç çatılmadı.
Azərbaycan təhsili və müəllimi! Nazirin bu arzusu “söylə ürəyincəmi?”
Məsəl var: ” Dostunu söylə, sənin kim olduğunu deyim”.
Bu məsəli arzuya da şamil edə bilərik: “Arzunu söylə, sənin kim olduğunu deyim?”
Əslində bu gün təhsil nazirinin ən böyük arzusu təhsilimizin strateji hədəflərinə çatmaq, ölkə rəhbərliyinin etimadını doğrultmaq, onun 22 il əvvəl verdiyi tapşırığı – “neft kapitalını insan kapitlına çevirmək” tapşırığını keyfiyyətli icra etmək, Azərbaycan xalqının, müəllim və şagirdin ümidlərini doğrultmaq olmalı idi. Təəssüf ki, nə nazirin, nə də onun komandasının belə bir arzuda olduğunu nə eşitdik, nə də gördük.
Biz keçən il nazirin bu faydasız “arzu”suna dair məqalə yazmışdıq (Adı: “Nazirin arzusu”, İnternetdə var).
Biz də yeni dərs ili ərəfəsində təhsilə dair bəzi arzularımızı bildirmək istəyirik.
İstəyirik ki, təhsil sistemində heç vaxt maliyyə problemləri olmasın. Ayrılan maliyyə təyinatı üzrə xərclənsin, israfçılıq olmasın, maliyyə real problemlərin həllinə yönəlsin, israfçılıq olmasın. Çünki, hər bir təhsil təşəbbüsü, ideyası, innovasiyasının reallaşması üçün, onun sınaqdan keçirilməsi üçün maliyyə lazımdır. Amma bu bizim reallıqda heç vaxt olmayıb. Çünki, təhsildə maliyyə lazımsız “saqqal darağına” israf edilir, elə “MD layihəsi” kimi layihələrə. Yeri gəlmişkən bu il qeyd edilən layihəyə 10 milyona yaxın pul israf ediləcək, digər tərəfdən də ETN öz yaratdığı TİF fonduna universitetlərdən zorla pul yığır, özü də milyonlarla, halbuki, universitetlərin özləri maliyyə dəstəyinə möhtacdır.
Arzu edirik ki, daha təhsildə heç vaxt maliyyə pozutuları olmasın, olan faktlar da hüquq- mühafizə orqanları tərəfindən ciddi araşdırılsın, bundan mənfəət əldə edən bütün korrupsioner məmurlar Çində olduğu kimi, ciddi şəkildə cəzalandırılsın.
Onda hamının təhsil arzuları Çindəki kimi çin olar, çünki, təhsildə maliyyə çatışmazlığı problemləri bir daha olmaz.
Biz istərdik ki, təhsil menecerləri məktəblərimizdə Çin dilini öyrətməyə cəhd etməkdənsə, Çinli məmurlar kimi qanunun aliliyini, işə məsuliyyət, dövlətə və xalqa sədaqəti öyrənsinlər. Onda təhsil inkişaf edər.
Biz istərdik ki, daha “Hesablama Palatası” universitetlərdə, RTİ-də, İnternat və ümumtəhsil müəssisələrində çoxmilyonlu israfçılıqları, büdcə oğurluqları, maliyyə pozuntularını ifşa etməsin, belə nöqsanların kökü kəsilsin.
Biz istərdik ki, təhsilin yuxarı və orta pillə kadrları arasında, bu sahəyə aidiyyatı olmayan, təcrübəsiz, səriştəsiz, təsadüfi kadrlar olmasın, belələri bu sistemə nə kütləvi şəkildə (son illər olduğu kimi), nə də fərdi qaydada yerləşdirilməsin.
İnsan kapitalı yetişdirməyə məsul qurum ilk növbədə özü keyfiyyətli insan kapitalına sahib olmalıdır. Təhsilin idarəetmə sistemində başqa peşə sahibləri, hansılar ki, öz ixtisasları üzrə karyera qura bilməyiblər, gəlib təhsildə öz naşılıqları səbəbi ilə inkişafa, yeniliklərə maneçilik törətməsinlər. Gedib öz peşələri ilə məşğul olsunlar.
Biz istəyirik ki, ölkəmizin təhsil menecerləri rəqabətədavamlı olsunlar, təhsil elmlərini, idarəetməni nəzəri və praktik cəhətdən yaxşı bilsinlər. Onda təhsilimiz də keyfiyyəti və rəqabətədavamlı olar.
Biz istəyirik ki ETN həqiqi mənada ölkə təhsilinin “Beyin mərkəzi” olsun.
Biz təhsilə dair digər arzularımızı hər gün sosial şəbəkə və saytlardakı yüzlərlə məqalələrdə yazaraq paylaşırıq, hərçənd heç vaxt bu arzular nazirin və komandasının öz arzusuna çevrilmədi, müzakirə obyekti olmadı, istifadə edilmədi, çünki komanda zəif elmi potensial səbəbi ilə müzakirələrdən daim yayılıb.
Bizim-təhsil mütəxəssisləri və tədqiqatçılarının təhsil arzuları heç vaxt nazirin arzuları ilə də eyni olmadı, çünki, o, təhsilin yox, təhsilə faydası olmayan layihələrin dostudur, elə ” Məktəblinin dostu” kimi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Avqust 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see376

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see330

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see329

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see306

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see299

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see277

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see245

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see242

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see232

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see215

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see203

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see181

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see179

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see176

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see175

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see170

2027 ci ildə həyatını dəyişəcək və qəfil varlanacaq bürclər

19 Avqust 2026 00:02see160

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see160

Əlbəttə, pley off mərhələsi xüsusi həyəcan doğurur Valdas Dambrauskas

19 Avqust 2026 01:26see155

Türkiyədə keçmiş nazirin məzarı açılacaq ŞÜBHƏLİ ÖLÜM

19 Avqust 2026 02:05see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri