Fon der Lyayen İsraili Livanın suverenliyinə hörmət etməyə çağırıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İsraili Livanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
APA xəbər verir ki, o, bu barədə Aİ sammitinin yekun mətbuat konfransında danışıb.
“Livanda baş verənlər Avropa İttifaqında dərin narahatlıq doğurur. İsrailin Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsi vacibdir”, – deyə Fon der Lyayen bildirib.
O, çıxışında və jurnalistlərin suallarını cavablandırarkən Aİ sammitində İsrailə və ya onun hökumət üzvlərinə qarşı sanksiyaların müzakirə olunub-olunmadığı barədə məlumat verməyib.
Qeyd edək ki, son dövrlərdə Avropa İttifaqının bəzi ölkələrində İsrailə qarşı sanksiyaların tətbiqi ilə bağlı çağırışlar səsləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 19 İyun 2026 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















