Fonseka özündən çıxdı Onu Fransa futbol tarixinin ən sərt cəzası gözləyir
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Liqa 1-in 24-cü turunun “Olimpik Lion” – “Brest” matçı qalmaqalla bitib.
Fanat.Az xəbər verir ki, qarşılaşmadan 2:1 hesabı ilə ayrılan meydan sahibinin baş məşqçisi Paulu Fonsekanın davranışı daha çox yadda qalıb.
Matçın son dəqiqələrində baş hakim Benua Mill qeyri-idman hərəkətinə görə Fonsekanı meydandan qovub. Lakin portuqaliyalı mütəxəssis meydanı tərk etmək əvəzinə, daha da özündən çıxıb. O, cəld hakimə tərəf qaçıb, alnını referinin alnına sıxaraq aqressiv şəkildə qışqırıb. "Olimpik Lion"un futbolçuları və digər rəsmilər məşqçilərini uzaqlaşdırmaq və vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün müdaxilə etmək məcburiyyətində qalıblar.
Bununla belə, "Lequipe" Fonsekanın 7 ay müddətinə diskvalifikasiya oluna biləcəyini iddia edib. Onun davranışı xüsusi komissiya tərəfindən yoxlanılacaq. Fonsekanı Fransa futbol tarixinin ən sərt cəzalarından birinin gözlədiyi vurğulanıb.
Maraqlıdır ki, portuqaliyalı “Lion”un sükanı arxasına yanvar ayında keçib və belə görünür, klub mövsümün sonuna kimi baş məşqçisiz qalmalı olacaq.
"Olimpik Lion" qələbə sayəsində 24 oyundan sonra xallarını 39-a yüksəldib və Liqa 1-in turnir cədvəlində 6-cı pilləyə yüksəlib.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 03 Mart 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















