Formula 1 lə əlaqədar əhaliyə müraciət etdi
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Daxili İşlər Nazirliyi (DİN) Formula 1 Azəbaycan Qran-Prisi ilə əlaqədar əhaliyə müraciət ünvanlayıb.
DİN-in mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Bakı şəhərində keçirilən yarışla əlaqədar məhdudiyyət tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücülərin və piyadaların mənzilbaşına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “Fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.
Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələri, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələri, səyahətlərini məhdudiyyət tətbiq olunmuş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmaları tövsiyə edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 24 Sentyabr 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















