Icma.az
close
up
RU
Forum öz işini başa vurur və tarixə qovuşur Konstantin Laykam

Forum öz işini başa vurur və tarixə qovuşur Konstantin Laykam

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Forum öz işini başa vurur və tarixə qovuşur. O, yaddaşımızda əlamətdar və yaddaqalan bir hadisə kimi qalacaq. Bu, statistika bayramı idi. Biz rəsmi statistika qarşısında duran əsas qlobal çağırışlara cavab axtarırdıq". SİA xəbər verir ki, bu sözləri forumun son günündə çıxışı zamanı MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Konstantin Laykam deyib.

Onun sözlərinə görə, forumun zəngin proqramı 19 ölkə və 9 beynəlxalq təşkilatdan olan milli statistika qurumlarının nümayəndələrinin və nüfuzlu ekspertlərin təqdim etdiyi 50-dən çox məruzəni əhatə edirdi: "Bu, əməkdaşlıq, təcrübə və ideya mübadiləsi bayramı idi. Forum, şübhəsiz ki, beynəlxalq statistik əməkdaşlığın möhkəmlənməsinə ciddi töhfə verdi. Əminliklə deyə bilərik ki, bu forum hər birimizin yaddaşında dostluq bayramı kimi qalacaq - həm şəxsi, həm də xalqlar arasında dostluq. Bu günlər ərzində zal daim müsbət emosiyalarla, səmimi təbəssümlərlə, xoş görüşlərlə dolu idi. Ancaq bu, yalnız şəxsi dostluq bayramı deyildi. Bu, eyni zamanda xalqların dostluğu bayramı idi. Axı biz yalnız statistiklər deyilik - biz xalqlarımızın, ölkələrimizin nümayəndələriyik. Qonaqpərvər ev sahiblərimiz, xüsusilə də onların möhtəşəm mədəni proqramı hər bir ölkəyə göstərilən səmimi ehtiramı nümayiş etdirdi.

Biz Azərbaycandan - şəhərin gözəlliyinə, insanların istedadına və təbii ki, bu ölkənin nailiyyətlərinə heyranlıq hissi ilə ayrılırıq. Bakıdan, Azərbaycan statistikasına - ilk növbədə, onun müdrik, güclü və yorulmaz rəhbəri Tair Yaqubova dərin minnətdarlıq hissi ilə gedirik. Onun yaradıcı ideyaları forumun uğurla keçməsinə yol açdı. O, forumun adından tutmuş proqramına, zalın tərtibatından tutmuş mədəni proqramın ssenarisi, videomateriallar, rəqsçilərin seçimi və hətta, məncə, rəqslərin quruluşu, ifaçıların seçimi və repertuarlarına qədər hər bir detal ilə şəxsən maraqlanıb. Və, görünür, bizə təqdim olunan gözəl və dadlı yeməkləri nəzərə alaraq, menyunu da bəlkə özü hazırlayıb.

O, bizi sadəcə valeh etdi, təəccübləndirdi. Biz, həmçinin, çoxdan tanıdığımız, dəyərləndirdiyimiz və sevdiyimiz etibarlı müavinlərinə da təşəkkür edirik - onlar statistik dünyada artıq nüfuz qazanıblar.

Təbii ki, Dövlət Statistika Komitəsinin bütün əməkdaşlarına da minnətdarıq - onlar bizi diqqət və qayğı ilə əhatə etdilər, yalnız səmərəli deyil, həm də rahat iş şəraiti yaratdılar. Forum iştirakçılarına, MDB ölkələrinin statistika qurumlarının nümayəndələrinə, digər ölkələrdən və beynəlxalq təşkilatlardan olan ekspertlərə təşəkkür edirəm. Sizin iştirakınız və məzmunlu çıxışlarınız sayəsində çox məhsuldar müzakirələr baş tutdu. Bunlar, şübhəsiz, gələcək işimizdə faydalı olacaq.

Sessiyaların moderatorlarına da təşəkkür edirəm - siz prosesə mükəmməl nəzarət etdiniz. Təbii ki, vaxt limitlərinə riayət etmək çətin idi, amma siz bunun öhdəsindən gəldiniz. İdarəetməniz və peşəkar şərhləriniz yüksək səviyyədə idi.

Forumun uğurlu keçməsi bizimlə birlikdə çalışan möhtəşəm tərcüməçilərsiz mümkün olmazdı. Onlar bizə bir-birimizi daha yaxşı anlamağa kömək etdilər. Axı dostluq məhz anlayışla başlayır. Peşəkarlığınıza və əla işinizə görə sizə təşəkkür edirəm. Deyərdim ki, bu üç gündə onlar statistikada yeni bir peşə də qazandılar"!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri