Konstantin Laykam: Azərbaycanda statistika işi müasir tələblərə uyğun təşkil olunub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 24 sentyabr, AZƏRTAC
Bu gün statistika hər bir dövlətin inkişafının mühüm tərkib hissəsinin təşkil edir. Statistik hesabatlar iqtisadi vəziyyəti, əhalinin, sayını, sosial vəziyyəti və perspektivdə görüləcək işləri planlaşdırmağa imkan verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) 3-cü Beynəlxalq Statistika Forumunda jurnalistlərə açıqlamasında MDB Statistika Komitəsinin sədri Konstantin Laykam deyib.
O bildirib ki, statistika həm də məlumatların yoxlanılması və düzgünlüyünə nəzarət edərək, dövlətə və ictimaiyyətə dəqiqləşdirilmiş məlumatlar təqdim edir.
“Bu gün statistikanın elektronlaşması vacib məsələlərdən biridir. Bu həm dəqiqliyi, həm də işin asanlaşmasını təmin edir. Təhlil aparılarkən dəqiq rəqəmlərə istinad olunur. Forumda müasir statistikanın problemləri, MDB dövlətlərinin müvafiq qurumlarının əməkdaşlığı və gələcək planlar müzakirə olunacaq. Azərbaycanda statistik hesablamalarla tanış oldum. Nəzərə çatdırmalıyam ki, bu sahədə dünyanın aparıcı dövlətlərinin təcrübəsindən istifadə olunub və statistika işi yaxşı təşkil olunub”, - deyən Konstantin Laykam Azərbaycan təcrübəsindən istifadə etməyin zəruriliyini vurğulayıb.
İki gün davam edəcək forumda Rusiyanın, Qazaxıstanın, Özbəkistanın, Gürcüstanın və digər MDB dövlətlərinin müvafiq qurumlarının rəhbərləri iştirak edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 24 Sentyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















