Forum QHT lər arasında humanitar və mədəni həmrəyliyin dərinləşdirilməsinə töhvə verəcək
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
"Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu təşkilat məkanında fəaliyyət göstərən qeyri-hökmət təşkilatlarını bir araya gətirərək onların qarşılıqlı əlaqəsini, məlumat və təcrübə mübadiləsini genişləndirəcək. Bu, regional səviyyədə daha koordinasiyalı və effektiv fəaliyyətə şərait yaradacaq".
Bunu Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, forum həm də ortaq problemlərə birgə yanaşmanı ortaya qoyur:
"Türk dövlətlərinin qarşılaşdığı oxşar sosial, iqtisadi, ekoloji və humanitar problemlərin müzakirə edilərək ortaq həll mexanizmlərinin hazırlanması forumun əsas faydalarındandır. Bu, QHT sektorunun regional siyasətə töhfə vermək imkanlarını artırır. Eyni zamanda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi baxımından da forum əhəmiyyət kəsb edir".
Arzuman Muradlı qeyd edib ki, forum TDT ölkələrində vətəndaş cəmiyyəti qurumlarının inkişafına dəstək baxımından da təqdir olunmalıdır:
"Bu mühüm toplantı təşkilata üzv ölkələrin QHT-ləri arasında humanitar və mədəni həmrəyliyin dərinləşdirilməsinə də töhvə verəcək".
Cavid
Bu mövzuda digər xəbərlər:QHT lər Qarabağa toplaşacaq Böyük Forum keçiriləcək
04 Sentyabr 2025 09:18
Fransanın Mərkəzi Afrika Respublikasında yeni təzyiq aləti humanitar proqramlar və QHT lər
07 Fevral 2025 18:18
Forum iştirakçısı: Bu forumlar xalqlarımız arasında mədəni birliyi daha da gücləndirir
04 Noyabr 2025 12:44
Səmərqənddə “Azərbaycan və Özbəkistanın mədəni irsi” adlı forum keçirilib
16 Sentyabr 2025 09:34
18 ölkədən QHT lər “WUF13” QHT koalisiyası yaradıb
13 Mart 2025 16:19
Baxış sayı:29
Bu xəbər 24 Noyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















