Icma.az
close
up
RU
“Forum vasitəsilə Qarabağ həqiqətləri beynəlxalq auditoriyaya birbaşa çatdırılır“ ŞƏRH EDİLDİ

“Forum vasitəsilə Qarabağ həqiqətləri beynəlxalq auditoriyaya birbaşa çatdırılır“ ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Müasir beynəlxalq münasibətlər sistemində informasiya artıq təkcə xəbərin ötürülməsi vasitəsi deyil, dövlətlərin milli maraqlarının müdafiəsində, beynəlxalq ictimai rəyin formalaşdırılmasında və sülhün təşviqində mühüm strateji resursa çevrilib. Rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının sürətli inkişafı, dezinformasiyanın qlobal miqyas alması və informasiya manipulyasiyalarının genişlənməsi medianın məsuliyyətini daha da artırır. Məhz belə bir dövrdə Azərbaycanın təşəbbüsü ilə keçirilən Şuşa Qlobal Media Forumu beynəlxalq media əməkdaşlığı üçün mühüm platforma kimi öz mövqeyini ildən-ilə möhkəmləndirir”.

Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.


Deputat bildirib ki, iyulun 13-14-də keçirilən IV Şuşa Qlobal Media Forumu "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunub. Forum dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, jurnalistləri, ekspertləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək qlobal informasiya məkanında aktual çağırışların müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Lakin forumun əhəmiyyəti yalnız peşəkar media müzakirələri ilə məhdudlaşmır. Bu platforma Azərbaycanın informasiya diplomatiyasının mühüm istiqamətlərindən birinə çevrilərək ölkənin müasir inkişafını, postmünaqişə reallıqlarını və Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa prosesini beynəlxalq auditoriyaya birbaşa təqdim etmək imkanı yaradır.

Millət vəkilinin sözlərinə görə, uzun illər ərzində Qarabağ münaqişəsi barədə beynəlxalq informasiya məkanında müxtəlif yanaşmalar formalaşıb. Şuşa Qlobal Media Forumunun əsas üstünlüklərindən biri isə dünyanın müxtəlif ölkələrindən gəlmiş media nümayəndələrinin Qarabağa səfər etməsi, bölgədə baş verən dəyişikliklərlə yerində tanış olmasıdır. Xarici jurnalistlər Şuşa, Xankəndi, Ağdam, Füzuli və digər yaşayış məntəqələrində aparılan bərpa işlərini, yaradılan yeni infrastrukturu və Böyük Qayıdış proqramının nəticələrini öz gözləri ilə görürlər.

“Qarabağa təşkil olunan səfərlər Ermənistanın uzun illər davam etmiş işğal siyasətinin nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Dağıdılmış şəhərlər və kəndlər, məhv edilmiş tarixi, dini və mədəni irs nümunələri, talan olunmuş yaşayış məntəqələri işğal dövründə törədilmiş vandalizmin miqyasını açıq şəkildə nümayiş etdirir. Xarici jurnalistlər bu mənzərəni birbaşa müşahidə edərək onu dünya ictimaiyyətinə çatdırırlar. Forum iştirakçıları eyni zamanda Azərbaycanın həyata keçirdiyi bərpa və yenidənqurma proqramının miqyası ilə yaxından tanış olurlar. Müasir yollar, hava limanları, sosial infrastruktur, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, yaşıl enerji təşəbbüsləri və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı postmünaqişə inkişafının yeni modelini formalaşdırır”,-deyən Sevinc Fətəliyeva qeyd edib ki, artıq dördüncü dəfə keçirilən Şuşa Qlobal Media Forumu göstərir ki, Şuşa beynəlxalq media dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Burada medianın sülhün təşviqində rolu, dezinformasiyaya qarşı mübarizə, rəqəmsal təhlükəsizlik və informasiya etibarlılığı kimi qlobal mövzular müzakirə olunur.

“IV Şuşa Qlobal Media Forumu Azərbaycanın informasiya diplomatiyasının mühüm aləti kimi çıxış edir. Forum vasitəsilə Qarabağ həqiqətləri, Böyük Qayıdış proqramının nəticələri, bərpa-quruculuq işlərinin miqyası və işğal dövründə törədilmiş vandalizm beynəlxalq auditoriyaya birbaşa çatdırılır. Bu isə Azərbaycanın postmünaqişə reallıqlarının obyektiv təqdim olunmasına, beynəlxalq ictimai rəyin faktlar əsasında formalaşmasına və regionda davamlı sülhə xidmət edən etimad mühitinin möhkəmlənməsinə mühüm töhfə verir”,-deyə deputat vurğulayıb.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 İyul 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri