Icma.az
close
up
RU
Fövqəladə hal nəticəsində məhv olmuş yaşayış sahələrinin əvəzlənməsi və qeydiyyatı asanlaşır

Fövqəladə hal nəticəsində məhv olmuş yaşayış sahələrinin əvəzlənməsi və qeydiyyatı asanlaşır

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Azərbaycanda fövqəladə hal nəticəsində məhv olmuş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrində yeni yaşayış sahələrinin tikintisi məqsədəuyğun hesab edilmədikdə həmin torpaq sahələrinin əvəzinə torpaq sahələri dövlət ehtiyat fondu torpaqlarından ayrılacaq

Bu barədə "APA-Economics"ə Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bu dəyişiklik 14 iyul 2025-ci il tarixində qəbul edilmiş “Torpaq, Mülki, Mənzil, Şəhərsalma və Tikinti Məcəllələrində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanununda öz əksini tapıb.

Sözügedən ayrılma mümkün olmadıqda isə mütənasib dəyərdə bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə yönəldiləcək. Belə olan halda torpaq sahələri bələdiyyə tərəfindən hərrac keçirilmədən və aidiyyəti dövlət qurumlarının rəyləri tələb olunmadan təqdim ediləcək.

Qanunla aşağıdakı hallarda tikinti işləri fövqəladə hal nəticəsində məhv olmuş əmlakın yerləşdiyi torpaq sahəsində deyil, yeni torpaq sahəsində aparılır:

Torpaq sahəsi təbii fəlakət baxımından tikinti üçün yüksək riskli ərazi olduqda; Torpaq sahəsinin təyinatına görə tikinti aparılmasına icazə verilmədikdə; Torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə zonalarında yerləşdikdə.

Bu səbəblər Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən ediləcək və nəticə barədə vətəndaşa məlumat veriləcək.

Qanun vətəndaşın maraq və mənafelərini nəzərə almaqla dövlət tərəfindən torpaqların qorunması və səmərəli istifadəsini təmin edir. Belə ki, vətəndaş yaşayış sahəsinin yeni torpaq sahəsində tikintisi ilə razılaşmadıqda onun maraqları nəzərə alınır, əvvəlki torpaq sahəsinin dəyəri mülkiyyətçiyə ödənilməklə dövlətin mülkiyyətinə keçir.

Qanunla fövqəladə hal nəticəsində məhv olmuş əmlakın əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yeni yaşayış sahələri üzərində hüquqların qeydiyyatı ilə bağlı məsələlər də tənzimlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Avqust 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri