Icma.az
close
up
RU
Françesko La Kamera: Qarşıdakı onillik elektrikləşmə onilliyi olmalıdır

Françesko La Kamera: Qarşıdakı onillik elektrikləşmə onilliyi olmalıdır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 sentyabr, AZƏRTAC

Enerji keçidi prosesində elektrikləşmə əsas istiqamət olmalıdır. Qarşıdakı onillik elektrikləşmə onilliyi olmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera Bakı İqlim Fəaliyyəti Həftəsi 2026-nın açılışında deyib.

O bildirib ki, gələcəyin enerji sistemləri yalnız enerji resurslarının yerləşdiyi ərazilərlə deyil, bərpaolunan enerji potensialından istifadə imkanları, infrastrukturun inkişafı və bazarların əlaqələndirilməsi ilə müəyyənləşəcək.

Françesko La Kamera qeyd edib ki, bu baxımdan Mərkəzi Asiya üçün, o cümlədən regionun Avropa ilə əlaqələndirilməsi istiqamətində mühüm imkanlar yaranır.

IRENA-nın Baş direktoru COP29 zamanı Bakıda əldə olunan dinamikanın COP31-ə qədər davam etdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, əsas diqqət iqlim sahəsindəki ambisiyaların konkret fəaliyyətə çevrilməsinə, sektorlar üzrə layihələrin həyata keçirilməsinə, investisiyaların artırılmasına, əlverişli siyasətlərin formalaşdırılmasına və maliyyələşməyə yönəldilməlidir.

Françesko La Kamera Azərbaycanın bərpaolunan enerjini milli prioritetlərin mərkəzinə yerləşdirməsini yüksək qiymətləndirib. O, Azərbaycanın 2027-ci ilədək 2 giqavat gücündə yaşıl enerji layihələrinin həyata keçirilməsi ilə bağlı hədəfinə diqqət çəkib.

O qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri geniş bərpaolunan enerji potensialından istifadə etməklə regional enerji əlaqələrinin və yaşıl enerji dəhlizlərinin inkişafı üçün əlverişli mövqedədir.

Françesko La Camera bildirib ki, IRENA-nın COP29 çərçivəsində Bakıda yaratdığı Mərkəzi Asiyada Bərpa Olunan Enerji üzrə Sürətləndirilmiş Tərəfdaşlıq bu istiqamətdə investisiyaların təşviqinə, regional bağlantıların gücləndirilməsinə və dayanıqlı inkişafın dəstəklənməsinə xidmət edir. Tərəfdaşlığın hazırkı üzvləri Azərbaycan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Özbəkistandır.

O, bu təşəbbüs çərçivəsində 2026-cı ilin iyununda Bakı Enerji Həftəsi çərçivəsində Mərkəzi Asiya İnvestisiya Forumunun keçirildiyini də diqqətə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Sentyabr 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri