Frank Riberi və Karim Benzema Cefri Epşteyn sənədlərində DETALLAR YAYIMLANDI
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
ABŞ Ədliyyə Nazirliyi (DOJ) Cefri Epşteyn işi ilə bağlı milyonlarla sənəd yayımlayıb.
İdman.Biz xəbər verir ki, həmin sənədlər arasında Fransa millisinin sabiq futbolçusu Frank Riberi və Karim Benzamanın da adı hallanıb.
Sənəd “DOJ” saytında açıq şəkildə yerləşdirilib və futbolçunun adı ilk dəfə 26-cı səhifədə keçir.
Qeyd edək ki, sənədlərdə adları çəkilən şəxslərin çoxu hələlik heç bir qanunsuz hərəkətdə ittiham olunmayıb. Yayımlanan materiallar arasında 2 000-dən çox video və 180 000 şəkil var.
İddialara görə, sənədlərdə Riberi və onun vəkili Sylvain Cormier 14 yaşlı qızlarla əlaqəli hallarda adı çəkilən şəxslərdən olub və iddialara görə, o, futbolçunun xahişi ilə müəyyən zorakılıq hərəkətlərinə əl atıb.
Sənədlərdə həmçinin keçmiş Fransa millisinin üzvü Karim Benzemanın da adı vəkili Cormier vasitəsilə çəkilib.
Qeyd edək ki, 2010-cu ildə Riberi və Benzema azyaşlılarla qanunsuz əlaqələrdə adı keçib, lakin 2014-cü ildə Fransa məhkəməsi bu iş üzrə bütün ittihamları ləğv edib.
Xatırladaq ki, bu sənədlərdə göstərilən məlumatlar rəsmi ittiham və ya hüquqi qərar deyil, sadəcə yayımlanmış sənədlərdəki iddialardır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 09 Fevral 2026 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















