Icma.az
close
up
RU
Fransa 50 milyard avroluq yeni döyüş təyyarəsi layihəsini təkbaşına həyata keçirməyə hazırdır

Fransa 50 milyard avroluq yeni döyüş təyyarəsi layihəsini təkbaşına həyata keçirməyə hazırdır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paris, 27 sentyabr, AZƏRTAC

Fransa gələcək nəsil Avropa döyüş təyyarəsinin hazırlanmasını Almaniya və İspaniyasız davam etdirməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən bir fransız rəsmisi “capital.fr” portalına məlumat verib.

Onun sözlərinə görə, əgər Fransa, Almaniya və İspaniya arasında “Gələcəyin Hava Döyüş Sistemi” (Scaf) proqramı ilə bağlı danışıqlar nəticəsiz qalarsa, Paris bu layihəni təkbaşına həyata keçirmək niyyətindədir. Hazırda Fransa, Almaniya və İspaniyanın birlikdə həyata keçirdiyi “Scaf” layihəsi “Rafale” və “Eurofighter” döyüş təyyarələrinin yerini tutacaq yeni bir təyyarənin hazırlanmasını nəzərdə tutur. Bu proqramın ikinci mərhələsi 2026-cı ildə başlamalıdır. Layihənin ümumi dəyəri minimum 50 milyard avro qiymətləndirilir.

Layihənin uğurla irəliləməsinə əsas maneə – iş bölgüsü və idarəetmə məsələləridir. Fransanın maraqlarını layihədə “Dassault Aviation”, Almaniya və İspaniyanın maraqlarını isə “Airbus” təmsil edir. Lakin 2017-ci ildən bəri bu iki sənaye nəhəngi arasında ciddi fikir ayrılıqları mövcuddur. “Dassault” layihənin əsas icraçısı kimi daha çox hüquq tələb edir. Bu isə qarşı tərəfin narazılığına səbəb olur.

“Əgər proqramın yenidən təşkilinə dair razılıq əldə olunmasa, Fransa bu döyüş təyyarəsini təkbaşına hazırlaya bilər. Bu isə yalnız Fransa daxilində həyata keçiriləcək layihə demək deyil”, - deyə adının açıqlanmasını istəməyən Fransa rəsmisi bildirib. Bu mövqe bir gün əvvəl “Dassault” şirkətinin rəhbəri Erik Trappye tərəfindən də açıq şəkildə ifadə edilib. Trappye “Dassault”un bu təyyarəni “A-dan Z-yə” təkbaşına layihələndirib istehsal edə biləcəyini bildirib. Bununla yanaşı, layihənin digər iştirakçıları daha mülayim mövqe sərgiləyirlər. Almaniya kansleri Fridrix Merts Madridə səfəri zamanı bildirmişdi ki, Almaniya və İspaniya 2025-ci ilin sonuna qədər ortaq bir həll yolu tapmağa çalışacaqlar.

Beləliklə, Avropanın hərbi sənayesində strateji əhəmiyyətə malik bu layihənin taleyi hələ də qeyri-müəyyən olaraq qalır. Fransa isə istənilən halda gələcəyin döyüş təyyarəsini yaratmaqda qərarlıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see196

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see175

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see173

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see154

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see151

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see150

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see132

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see130

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri