Fransa Afrika və digər bölgələrdə daimi hərbi bazalar yaradacaq? Makron AÇIQLADI
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Fransa artıq Afrika da daxil olmaqla dünyanın müxtəlif bölgələrində daimi hərbi bazalar qurmaq niyyətində deyil.
Redaktor.az xəbər verir ki, Fransa lideri bu barədə Nayrobidə keçirilən Afrika İrəli Sammiti çərçivəsində bildirib.
Makronun sözlərinə görə, Paris bundan sonra əsas diqqəti yerli orduların təliminə və onların hərbi potensialının gücləndirilməsinə yönəldəcək, yalnız zəruri hallarda müdaxilə edəcək.
O qeyd edib ki, böyük hərbi bazaların saxlanılması artıq bir sıra regionlarda “neokolonialist yanaşma” kimi qəbul edilir və bu səbəbdən mövcud strategiya dəyişdirilir.
Fransa Prezidenti bildirib ki, ölkəsi bəzi dövlətlərin ordularını hazırlayır, onları təchiz edir və müdafiə strukturlarının gücləndirilməsinə yardım göstərir.
Makron əlavə edib ki, Fransa Sahel bölgəsində — Sahel regionunda yerləşən Mali, Burkina Faso və Niger kimi ölkələrdə baş verən siyasi dəyişikliklərdən sonra hərbi mövcudluğunu yenidən nəzərdən keçirib və qoşunlarını geri çəkib.
Onun sözlərinə görə, bu addım “məcburi deyil, mövcud vəziyyətə uyğun məntiqi qərar” olub.
Sammitdə süni intellekt, ərzaq təhlükəsizliyi, səhiyyə, iqlim dəyişiklikləri və beynəlxalq maliyyə islahatları kimi qlobal mövzular müzakirə olunur.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 12 May 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















