Fransa Almaniya ilə nüvə çəkindirməsi sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Fransa Almaniya ilə nüvə çəkindirməsi sahəsində genişmiqyaslı əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Almaniya Kansleri Fridrix Merz ilə keçirdiyi danışıqlardan və birgə hökumətlərarası iclasdan sonra bildirib.
Makronun sözlərinə görə, Paris Almaniya ilə bu istiqamətdə mümkün qədər irəli getmək niyyətindədir. O vurğulayıb ki, məqsəd Avropa qitəsinin təhlükəsizliyini gücləndirmək və potensial rəqiblər üçün əlavə nüvə çəkindirmə imkanları yaratmaqdır.
Fransa Prezidenti qeyd edib ki, tərəflər bu əməkdaşlığın əsas istiqamətlərini artıq müzakirə ediblər. Onun sözlərinə görə, proqram Almaniyadan əlavə maliyyə vəsaiti tələb etməyəcək, çünki Fransa nüvə qüvvələrinin maliyyələşdirilməsini tam şəkildə özü həyata keçirəcək.
Makron bildirib ki, əməkdaşlıq çərçivəsində tərəflər arasında strateji yaxınlığın artırılması, məxfi məlumat mübadiləsi, birgə təlimlərin keçirilməsi, həmçinin ekspertlər və hərbçilər arasında əlaqələrin gücləndirilməsi nəzərdə tutulur.
O əlavə edib ki, hazırda müzakirə olunan bütün planların təfərrüatlarını açıqlamaq niyyətində deyil, çünki tam şəffaflığın hər zaman ən effektiv strategiya olmadığını hesab edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 17 İyul 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















