Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Fransa Azərbaycan Futbol mütəxəssisindən məsləhət: Bunu etsələr...

Fransa Azərbaycan Futbol mütəxəssisindən məsləhət: Bunu etsələr...

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün futbol üzrə Azərbaycan milli komandası Dünya Çempionatı-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununa çıxacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi komandamız səfərdə Fransa millisi ilə qarşılaşacaq.

D qrupunun bu oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Fransa milli komandası ilə oyunöncəsi azarkeşlər arasında elə də nikbinlik yoxdur. Lakin milli komandamızın Baş məşqçisi Ayxan Abbasov oyundan qabaq bunları deyib:

"Rəqib son illərin ən güclü komandasıdır. Fransa yığmasında ulduz futbolçular çıxış edir. Amma biz də görüşə ciddi hazırlaşmışıq. Futbolçularımızın böyük komandalara qarşı mübarizəsi önəmlidir. Rəqibin sabah azarkeş dəstəyi də olacaq. Buna baxmayaraq, oyunçularımız bütün güclərini ortaya qoyacaqlar".

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbasov bildirib ki, Fransa ilə Azərbaycan yığmaları arasında xeyli fərq var:

“Fransa güclü komandadır, oyunçularının qiyməti də 1 milyard dollardan artıqdır.  Bizim futbolçuların qiyməti 17 milyon avrodur. Fərq aydın görünür”.

Buna baxmayaraq, o, Ayxan Abbasovun yaxşı heyət seçəcəyinə və komandamızın mübariz olacağına inandığını vurğulayıb:

“Biri var mübarizəsiz uduzasan, biri də var mübarizə aparasan, amma məğlub olasan. İnanıram ki, milli komandamız mübarizə aparacaq. Biz bunun şahidi olacağıq. Ayxan Abbasova və millimizə uğurlar arzu edirəm”.

Futbol mütəxəssisi Ağasəlim Mircavadov qeyd edib ki, oyunçular rəqibin adından qorxmamalıdır:

“Hər şey bizim oynumuzdan asılıdır. Məlumdur ki, onlar hücumda çox oynayacaqlar. Burada əsas məsələ topa nəzarəti yaxşı qurmaqdır. Komanda bizi məcbur edirsə heç, amma biz özümüz geri çəkilməməliyik. Bunu nəzərə almaq lazımdır. Komandamız bu oyuna həm fiziki, həm də psixoloji cəhətdən hazırlıqlı olmalıdır. Rəqibin adından qorxmamalıdır. Oyunçular çalışmalıdırlar ki, Ukraynaya qarşı mübarizəni burada da sərgiləsinlər. Fransa dünyada ən güclü yığmalardan biridir. Amma mən həmişə deyirəm, güclü, orta və ya zəif olmasından asılı olmayaraq, hər komandaya qarşı oyuna hazır olmalıyıq”.

A.Mircavadov deyib ki, oyunçuların psixoloji cəhətdən hazır olmasına ehtiyac var:

“İnam olmalıdır ki, biz də futbol oynayırıq, biz də qol vura və qələbə qazana bilərik. Əsas məsələ bundadır. Fiziki durumun yaxşı, psixoloji durumun zəif olsa, bu, hər şeyi öldürür. Oyunçuların bir-birinə inamı vacibdir. Hamısı da yaxşı oynayırlar, böyük stadionlarda çıxış ediblər. Oyun ağır olacaq, amma hər oyun ağırdır. Bu vəziyyətdən çıxmaq lazımır. Bunun üçün birlikdə çalışmaq lazımdır, topa əsasən də ortada nəzarət etməliyik. Onların orta xətti ilə mübarizə aparmalıyıq. Biz geri çəkilsək, əlbəttə, ağır ola bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:289
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see582

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see335

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see269

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see267

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see264

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see252

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see250

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see247

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see239

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see232

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see230

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see217

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see213

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see212

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see208

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see206

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see203

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see190

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see177

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri