Fransa, Britaniya və Almaniya İrana qarşı sanksiyaları bərpa etməyə hazırdır
Icma.az, Ayna portalına istinadən məlumat verir.
Xarici işlər nazirləri BMT baş katibi Antonio Quterreşə məktub göndəriblər
Böyük Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşə məktub göndərərək, İrana qarşı sanksiyaların bərpasına təşəbbüs göstərməyə hazır olduqlarını bildiriblər. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Bildirilib ki, İran nüvə proqramı ilə bağlı danışıqları bərpa etməsə, Aİ3 belə tədbirlər görə bilər. Bunun üçün ölkələrin “aydın və birmənalı” hüquqi əsaslarının olduğu qeyd olunub.
Həmçinin bildirilib ki, Berlin, Paris və London Tehrana ABŞ-la nüvə danışıqlarını bərpa etmək və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıq şərti ilə sanksiyaların dayandırılmasını uzatmağı təklif ediblər. Lakin onların təklifi “İran tərəfindən cavabsız qalıb”.
Bundan əvvəl İran Prezidenti Məsud Pezeşkian ölkəsinin MAQATE-nin yoxlamalarına qayıtmağa hazır olduğunu bildirmişdi. O Tehranın bu məsələ ilə bağlı danışıqlara hazır olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 13 Avqust 2025 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















