Fransa Dövlət Şurası Loran Vokyeni dövlət hesabına təşkil etdiyi şam yeməyinin siyahısını açıqlamağa məcbur edir AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Paris, 4 yanvar, AZƏRTAC
Fransa Dövlət Şurası Overny-Ron-Alp (“Auvergne-Rhône Alpes”) regionunun prezidenti Loran Vokyenin (Laurent Wauquiez) 2023-cü ildə dövlət vəsaiti hesabına verdiyi “Zirvə yeməyi” ilə bağlı inzibati məhkəmənin qərarını ratifikasiya edib və həmin “zirvə yeməyində” iştirak edən qonaqların siyahısını açıqlamağı tələb edib.
AZƏRTAC xəbər verir ki, sosialist qrupu bu siyahının dərc edilməsini tələb etsə də, region bu açıqlamanın davam edən məhkəmə prosesini poza biləcək siyasi istifadə predmeti ola biləcəyini deyərək etiraz edirdi, ancaq regionun yeni prezidenti Fabris Pankuş (Fabrice Pannekuche) siyahını indi ictimailəşdirməyə məcburdur.
Overny-Ron-Alp regionunun keçmiş prezidenti Loran Vokye çoxsaylı dəbdəbəli “zirvə yeməklər”ini dövlət hesabına təşkil etdiyi üçün tənqid olunur. Onun 2022-ci ilin yayında təşkil etdiyi şam yeməyi Milli Maliyyə Prokurorluğu tərəfindən araşdırılmaqdadır.
Regionun sosialist, ekologiya və demokrat qrupu Dövlət Şurasının bu qərarını qələbə adlandırıb. Bu qərarın şəffaflıq və etika üçün əhəmiyyətini qeyd edərək, hökmün regionun keçmiş prezidentinin iki ildən artıq davam edən əsassız imtinasına son qoyduğunu deyib. Onlar bu seçimdə L.Vokyenin şəffaflıq seçimini pisləyirlər.
L. Vokye isə xərclənən son dərəcə həddindən artıq məbləğləri ödəməyə hazır olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 04 Yanvar 2025 02:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















