Icma.az
close
up
RU
“Fransa Əlcəzairdən üzr istəməli, etdiklərini boynuna almalıdır”

“Fransa Əlcəzairdən üzr istəməli, etdiklərini boynuna almalıdır”

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Fransa ilə Əlcəzair arasındakı münasibətlərin pisləşməsində təəccüblü bir şey yoxdur. Ümumiyyətlə, bu iki ölkə arasında münasibətlərin yaxşı olduğu bir dövr mən xatırlamıram. Çünki Əlcəzair Fransanın keçmiş müstəmləkəsidir, hətta deyərdim ki, son müstəmləkələrindəndir. Fransa bəlkə də Afrikadakı müstəmləkələri içərisində Əlcəzairi əldə saxlamaq istədiyi qədər heç bir mülkü əldə saxlamaq istəməyib. Bunun bir çox səbəbi var. Amma ən önəmli səbəbi tarix boyu Osmanlıya bağlı olan Əlcəzairdəki bəyliyin Fransaya tez-tez təhdidlər yaratması idi”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

T.Rzayev əlavə edib ki, Fransa bunu hər zaman təhdid kimi görüb və qisas zəminində Əlcəzairin müstəmləkəçiliyini uzun müddət saxlayıb: “Hətta ötən əsrdə Əlcəzairi Fransanın müstəmləkəsi yox, birbaşa Fransaya bağlı bir əyalət kimi görürdülər. Bu baxımdan da Əlcəzairin müstəqillik hərəkatını olduqca sancılı, ağrılıq bir proses kimi xarakterizə etmək olar. Əlcəzairin müstəqillik hərəkatı zamanı minlərlə insan vəhşicəsinə öldürülüb, orada fransızlar tərəfindən ciddi bir soyqırım aktı qeydə alınıb. Bu gün də həmin şəxslərin cəsədlərinin qalıqları ya Fransanın universitetlərində tədqiqat kimi istifadə olunur və ya Fransada muzeylərdə eksponat kimi sərgilənir. Bu, öz növbəsində Əlcəzairi hər zaman narahat edib və Əlcəzair ilə Fransa arasındakı münasibətləri gərgin saxlayan faktorlardan olub. “Ərəb baharı” dövründə də Əlcəzairdə baş verən proseslərin pərdə arxasında Fransa dayanırdı. Bütün bu proseslər də iki ölkə arasında münasibətlərə hər zaman təsir edib”.

Siyasi şərhçi Əlcəzairi bu məsələlərdə ən çox dəstəkləyən ölkələrdən birinin Azərbaycan olduğunu vurğulayıb: “Prezident İlham Əliyevin Əlcəzairə səfəri zamanı orada Fransaya üzünü tutub Əlcəzairdən üzr istənməsini tələb etməsi, Əlcəzair xalqının başına gətirilən soyqırım aktını dilə gətirməsi məsələsi olduqca ciddidir. İki ölkə arasında bu istiqamətdə və digər məsələlərə dair müxtəlif əməkdaşlıq aparılır. Hesab edirəm ki, Fransa həqiqətən də Əlcəzairdən üzr istəməli və etdiklərini boynuna almalıdır. Fransa neokolonializm siyasətinə davam etməkdədir”.

O həmçinin deyib ki, bu gün Əlcəzairdə baş verən proseslər həm də Afrikadakı müstəmləkələrini itirmiş Fransanın müstəmləkələrə təsir gücünü saxlamaq istəyinin də fiaskosudur: “Nəzərə almaq lazımdır ki, 2024-cü il həm də Fransanın Afrikadakı müstəmləkələrindəki təsir gücünün qırılma ili kimi yadda qaldı. Misal üçün Burkina Fasodan, Nigerdən, Malidən fransız qüvvələri çıxarıldı və Fransaya daha radikal bir hakimiyyətlər quruldu. Bu gün Əlcəzairdə də eyni proses gedir. Əlcəzair də Fransaya qarşı əks mövqe sərgiləyir. Amma Əlcəzairin bəlkə də bütün Afrika qitəsindən daha çox Fransaya nifrət etməyə səbəbi var. Çünki dediyim kimi Fransa Əlcəzairi təkcə müstəmləkəsi kimi yox, həm də bir ərazi vahidi kimi görürdü və buranın müstəqil olmasını istəmirdi. Yenə təsadüfi deyil ki, ən çox orada qan tökülüb. Fransanın bəlkə də ən çətin müstəqilliyi əldə edən müstəmləkəsi məhz Əlcəzair olub”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Yanvar 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri