Icma.az
close
up
RU
Fransa evtanaziyanı qanuniləşdirir Müzakirələr cəmiyyətdə parçalanma yaratdı

Fransa evtanaziyanı qanuniləşdirir Müzakirələr cəmiyyətdə parçalanma yaratdı

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Fransa Parlamentinin aşağı palatası (Milli assambleya) ağır və sağalmaz xəstələr üçün “həyatın sonuna yardım hüququ”nu nəzərdə tutan qanun layihəsini ikinci oxunuşda yenidən qəbul edib.

BakuPost.az “Le Figaro”ya istinadən xəbər verir ki, səsvermə zamanı 299 deputat sənədin lehinə, 226 deputat isə əleyhinə çıxış edib. Qəbul edilən mətn ağır və sağalmaz xəstəlikdən əziyyət çəkən şəxslərə müəyyən şərtlər daxilində həyatlarına son qoymaq üçün tibbi yardım almaq hüququ verir. Qanunda həmçinin pasiyentin fiziki baxımdan proseduru özü icra edə bilmədiyi hallarda evtanaziya mexanizmi də istisna hal kimi nəzərdə tutulur.
Sənədə əsasən, yardım hüququnun tətbiqi üçün bir sıra ciddi şərtlər mövcuddur. Pasiyent ağır və sağalmaz xəstəlikdən əziyyət çəkməli, vəziyyəti terminal mərhələyə yaxın olmalı, fiziki və ya psixoloji baxımdan dözülməz əzab yaşamalıdır. Bundan əlavə, tətbiq edilən müalicə ya nəticə verməməli, ya da xəstə üçün əlavə əzab yaratmalıdır. Ən vacib şərtlərdən biri isə qərarın könüllü və tam şüurlu şəkildə ifadə olunmasıdır. Qanun eyni zamanda tibb işçilərinə proseduru həyata keçirməkdən imtina etmək hüququ tanıyır.
Fransa mediası yazır ki, parlament müzakirələri olduqca gərgin keçib. Təxminən 2 minə yaxın dəyişiklik təklifi irəli sürülüb və qanunun adı, hüquqi çərçivəsi və terminologiyası ətrafında ciddi fikir ayrılıqları yaranıb. Bəzi deputatlar “həyatın sonuna yardım” ifadəsini daha yumşaq termin hesab edərək birbaşa “həkim yardımı ilə intihar” və “evtanaziya” anlayışlarının işlədilməsini təklif ediblər. Digər qanunvericilər isə mövzunun etik və sosial həssaslığını nəzərə alaraq daha ehtiyatlı formulalara üstünlük veriblər.
Qeyd edək ki, sənəd hələ qüvvəyə minməyib. Qanun layihəsi növbəti mərhələdə yenidən parlamentin yuxarı palatasına (senat) göndəriləcək. Senat daha əvvəl oxşar məzmunlu mətni rədd etmişdi. Əgər yuxarı palata yenidən dəyişikliklər edərsə və ya sənədi qəbul etməzsə, məsələ parlament proseduruna uyğun olaraq əlavə oxunuşlara və ya birgə komissiya mərhələsinə çıxarıla bilər.
Bundan əvvəl deputatlar yekdilliklə aağalmaz xəstələrə dəstəyin yardımın genişləndirilməsini nəzərdə tutan ayrıca qanun layihəsini də qəbul ediblər. Sənəd sağalmaz xəstələr üçün xüsusi qayğı mərkəzi və qulluq bölmələrinin şəbəkəsinin genişləndirilməsini, sağalmaz xəstələr üçün keyfiyyətli ağrıkəsici və tibbi dəstəyə çıxışın artırılmasını nəzərdə tutur.
Qanun layihəsi Fransa cəmiyyətində uzun müddətdir davam edən ictimai və etik müzakirələrin əsnasında qəbul edilib. Mövzu ətrafında cəmiyyətdə fikir ayrılığı davam edir. Bəzi dini və konservativ qruplar təşəbbüsə qarşı çıxır, digər tərəfdən isə xəstə hüquqları müdafiəçiləri bunu fərdi seçim azadlığının genişləndirilməsi kimi qiymətləndirirlər.
Cavid, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Fevral 2026 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri