Icma.az
close
up
RU
İçərişəhərdə keçirilən konsert müzakirələr yaratdı

İçərişəhərdə keçirilən konsert müzakirələr yaratdı

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bu günlərdə İçərişəhərdə keçirilən konsert proqramı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, bəzi izləyicilər paylaşımlarında ziyarətə bağlı olan türbələrdə musiqiçilərin konsert verməsini qınayıb.

Onlar Şirvanşahların dövründə saray alimi olmuş Seyid Yəhya Bakuvi və digər övliyaların türbələrinin ətrafında belə tədbirlərin keçirilməsini hörmətsizlik kimi qəbul edirlər. Vətəndaşlar aidiyyəti qurumların həmin övliyaları tanıtmaq əvəzinə, türbələrdə şou təşkil etməyini qınayıblar. 

Məsələ ilə bağlı İçərişəhər Qoruq İdarəsinin Mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin baş məsləhətçisi Səfayə Əhmədova saytımıza açıqlamasında bildirib ki, Bakuvi Türbəsi ətrafında keçirilən musiqi proqramı ilə bağlı səslənən fikirləri anlayışla qarşılayırlar: “Tarixi məkanlara olan həssaslıq bizim üçün hər zaman önəmlidir. Eyni zamanda, bu abidələrin mədəni həyatın bir parçası olaraq yaşadılması və tanıdılması da vacibdir. Xüsusən də gənc nəslə. Sözügedən tədbir zamanı heç bir yüksək səsləndirici avadanlıqdan istifadə olunmayıb, qeyri-etik rəqs və ya davranış nümayiş etdirilməyib. Proqram sakit, estetik və mədəni şəkildə təqdim olunub.

Şirvanşahlar Sarayı Kompleksi və ümumilikdə İçərişəhər bu kimi mədəni layihələrə dəfələrlə ev sahibliyi edib. Gələcəkdə də bu cür layihələrin həyata keçirilməsi zamanı ictimai rəylər və həssaslıqlar diqqətlə nəzərə alınacaq. İçərişəhərdə keçirilən tədbirlərə göstərdiyiniz diqqət və münasibətə görə təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, türbə görkəmli müsəlman alimlərinin, hökmdar, hökmdar ailəsi üzvlərinin və digər tarixi şəxsiyyətlərin qəbirləri üzərində ucaldılan, üzəri xüsusi qübbələrlə örtülmüş tikiliyə deyilir. 

Lamiyə Məmmədova 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 İyun 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri