Fransa genişmiqyaslı müharibəyə hazırlaşır Xəstəxanalara tapşırıq verildi
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Fransada səhiyyə sisteminə Avropada böyük silahlı qarşıdurma zamanı tibb müəssisələrinin irimiqyaslı itkiləri qəbul etməyə hazır olmasını təmin etmək tapşırılıb.
Publika.az xəbər verir ki, bu barədə "Canard Enchaîné" jurnalı respublikanın səhiyyə naziri Ketrin Votrinin regional səhiyyə qurumlarının rəhbərlərinə verdiyi tapşırığa istinadən məlumat yayıb.
“Ketrin Votrinin göstərişi ilə xəstəxanalar Avropada genişmiqyaslı silahlı münaqişə baş verəcəyi təqdirdə minlərlə yaralı əsgəri qəbul etməyə hazır olmalıdır”, - nəşr yazırb
Bildirilib ki, bu sərəncam çərçivəsində döyüş bölgələrindən yaralıların qəbulu üçün tibb məntəqələrinin yaradılması nəzərdə tutulur. Bu mərkəzlər nəqliyyat qovşaqlarının yaxınlığında yerləşdirilməlidir.
Qərara əsasən, Fransa səhiyyə sisteminin böyük münaqişəyə hazırlığı 2026-cı ilin martına qədər təmin edilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 27 Avqust 2025 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















