Icma.az
close
up
RU
Fransa kəşfiyyatçısından etiraf

Fransa kəşfiyyatçısından etiraf

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Fransa öz əsarətində saxladığı xalqların suverenliyinin məhdudlaşması, yeraltı və yerüstü sərvətlərinin talanması ilə yanaşı, fundamental insan hüquqlarının tapdanmasını dövlət siyasətinə çevirib. Özünü demokratiya və insan hüquqlarının təminatçısı kimi bəyan edən Paris neokolonializmi davam etdirməklə dünyada ən pis nümunə ortaya qoyur. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa müstəqillik uğrunda mübarizə aparan xalqların tələblərinə məhəl qoymur.

Fransa ECOWAS-da da iflasa uğrayır

Fransız imperiyası əsrlər boyu Karib dənizi, Sakit okean və Afrikada geniş müstəmləkələr yaradıb və bu ərazilərdə öz idarəçiliyini gücləndirib. Yerli xalqlar iqtisadi, siyasi və mədəni təzyiqə məruz qalıblar. Artıq bir sıra xalqlar Fransanın müstəmləkəçiliyinə qarşı mübarizəyə qalxıblar. Afrikada da bu proses genişlənməkdədir. Fransanın təsir dairəsində olan  Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) sıraları da seyrəlməkdədir. Belə ki, Mali, Burkina-Faso və Niger ECOWAS-ı tərk etmək barədə qərarlarının qəti olmasını bir daha təsdiqləyib və təşkilatın onlara yenidən düşünmək üçün verdiyi 6 aylıq möhləti rədd ediblər. Onlar bunu sabitliyi pozmağa xarici cəhd hesab ediblər.

BƏƏ-nin “Əl-İttihad” qəzetinin informasiya mərkəzi verir ki, adıçəkilən dövlətlərin təşkilatı tərk etməsi barədə qərar gələn ilin yanvarında qüvvəyə minəcək. Nizamnaməyə görə, dövlət qərarını elan etdikdən 1 il sonra təşkilatı tərk edə bilər. Lakin 15 dövlətin üzv olduğu ECOWAS bu müddəti keçid dövrü hesab edir və təşkilatın qapılarını hələ də açıq saxlamaq istəyir. Qeyd edilməlidir ki, bu ilin yanvar ayında adıçəkilən 3 dövlət Sahel Dövlətləri Alyansı çərçivəsində birləşdiklərini və ECOWAS-ı tərk edəcəklərini elan ediblər. Onlar ECOWAS-ı keçmiş müstəmləkəçi Fransanın istifadə etdiyi alət sayırlar. Beləliklə, Fransanın ECOWAS müstəvisində də həyata keçirdiyi siyasət iflasa uğramaqdadır.

Bertrand Çamoulaud: Dənizaşırı ərazilərdə kolonializmə qarşı cərəyan güclənir

Ümumiyyətlə, sözügedən xalqların Fransa müstəmləkəçiliyinə qarşı mübarizəsinin güclənməsində Azərbaycanın da siyasi və mənəvi dəstəyi rol oynayır. Çünki ölkəmiz müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparan xalqları hər zaman müdafiə edir. Dövlətimiz bu mövqeyini bütün beynəlxalq platformalarda bəyan edib. Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu  Qoşulmama Hərəkatının  ötən il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb. Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu ölkəmizdə və xaricdə, o cümlədən BMT müstəvisində həmin xalqların hüquqları ilə bağlı çoxlu sayda beynəlxalq konfrans təşkil edib.

Təsadüfi deyil ki, Fransa Daxili İşlər Nazirliyinin Ərazi Kəşfiyyatı üzrə Milli İdarəsinin rəisi Bertrand Çamoulaud Fransanın Afrikadakı mövcudluğundan danışarkən Bakı Təşəbbüs Qrupunun adını çəkib. O, “Le Monde” qəzetinə müsahibəsində etiraf edib ki, dənizaşırı ərazilərdə kolonializmə qarşı cərəyan güclənir: “Onların təsiri bu tip müstəqillik hərəkatlarını dəstəkləyən və onlara tribuna verən Bakı Təşəbbüs Qrupu kimi xarici aktorlar tərəfindən gücləndirilib”. Ərazi Kəşfiyyatı üzrə Milli İdarənin dənizaşırı ərazilərdəki hərəkatlara təsir gücünün zəif olduğunu etiraf edən B.Çamoulaud bildirib ki, informasiya müharibəsi şəraitində Kemi Seba kimi şəxslər “fransız diplomatiyasına zərbə vurur”.

Xatırladaq ki, Kemi Seba bu ilin oktyabrında Bakıda keçirilən “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın kolonizasiyaya qarşı ən ciddi mübarizə aparanlar sırasında olduğunu bildirmişdi. Azərbaycandan qayıtdıqdan sonra Fransa xüsusi xidmət orqanları onu saxlasa da, tezliklə sərbəst buraxmağa məcbur olmuşdu.

Bakı Təşəbbüs Qrupu fəaliyyətini genişləndirir

Qeyd edək ki, ötən ay Bakıda keçirilən COP29 çərçivəsində də Bakı Təşəbbüs Qrupu Fransanın Afrikadakı müstəmləkə siyasətinə qarşı tədbirlər keçirmişdi. Məsələn, “Müstəmləkəçiliyin Afrikada investisiya perspektivlərinə mənfi təsirləri” mövzusunda keçirilən tədbirdə Afrikada kolonial keçmişin yaratdığı dərin sosial-iqtisadi problemlər və onların qitədə investisiya imkanlarına mənfi təsiri müzakirə olunmuşdu. Tədbirdə Fransanın Afrikadakı keçmiş müstəmləkələrindən, digər fransız dənizaşırı ərazilərindən nümayəndələr iştirak ediblər. Çıxışlarda müstəmləkəçilikdən miras qalan qeyri-bərabərlik, resursların ədalətsiz və qanunsuz istifadəsi, qitənin inkişafını ləngidən səbəblər barədə ətraflı fikir mübadiləsi aparılıb. Müstəmləkəçiliyin Afrika ölkələrində, eləcə də dənizaşırı ərazilərdə bütün sahələrdə, o cümlədən iqtisadiyyatda, mədəniyyətdə, siyasətdə, ətraf mühitdə dərin mənfi izlər qoyduğu qeyd edilib.

Fransanın bu siyasətinin Afrika xalqlarında  yaratdığı sosial və siyasi nizamsızlıq, iqtisadi istismar və yoxsullaşma, yerli xalqların mədəniyyətinin və milli kimliyinin itirilməsi, etnik bölünmə, iqtisadi və siyasi asılılığın mirası kimi mənfi təsirləri artıq dözülməz həddə çatıb. Ona görə də, bu xalqların mübarizəsinə beynəlxalq ictimaiyyət də dəstək verməlidir.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Dekabr 2024 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see322

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see285

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see276

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see276

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see268

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see261

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see256

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see245

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see231

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see228

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see225

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see222

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see212

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see199

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see198

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see197

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see188

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see185

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see184

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri