Fransa meşə yanğınları ilə mübarizə aparır
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransanın cənub-şərqindəki 7 əyalətdə isti hava səbəbindən qırmızı həyəcan siqnalı verilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hakimiyyət orqanları bu ərazilərdə meşə yanğınları riskinin yüksək olduğunu qeyd ediblər.
Ölkə eyni zamanda yeni isti hava dalğasının təsiri altındadır və xüsusilə cənub-şərq əyalətlərində davam edən meşə yanğınları ilə mübarizə aparır.
Qırmızı həyəcan siqnalı verilən əyalətlər arasında Pireney-Orientales və Heraultdakı yanğınlar hələ də nəzarət altına alınmayıb.
Pireney-Orientales əyalətindəki Trevillax şəhərində baş verən yanğında indiyə qədər 4600 hektar əraziyə ziyan dəyib.
Günlərdir davam edən yanğından təsirlənən 26 şəhərdən 10 mindən çox insan təxliyə edilib.
Bundan əlavə, Trevillaxdə yanğın zamanı bir yanğınsöndürən də daxil olmaqla 5 nəfər yüngül xəsarət alıb.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 07 İyul 2026 01:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















