Icma.az
close
up
RU
Fransa ordusunda ilk: Məşhur general Rusiyaya qarşı

Fransa ordusunda ilk: Məşhur general Rusiyaya qarşı

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Fransa ordusunda ilk dəfə hərbi kəşfiyyatın sabiq rəhbəri quru qoşunlarının komandanı təyin olunub.

"Ölkə.az" xəbər verir ki yeni komandanın əsas missiyalarından biri Rusiyaya qarşı mümkün qarşıdurmaya hazırlığı gücləndirməkdir.

Fransanın silahlı qüvvələr naziri Ketrin Votren iyunun 18-də general Jak Lanqlad de Monqronun Fransa Quru Qoşunlarının yeni komandanı təyin edildiyini açıqlayıb. O, bu vəzifədə general Pyer Şilli əvəz edəcək.

Bu, Fransa ordusunun tarixində ilk belə təyinatdır. İndiyədək hərbi kəşfiyyatın sabiq rəhbəri ölkənin əsas qoşun növünə komandan təyin edilməmişdi.

Jak Lanqlad de Monqro 1-ci Paraşüt-Husar Alayında xidmət edib, Bosniya, Ruanda, Əfqanıstan və Mərkəzi Afrika Respublikasında əməliyyatlarda iştirak edib. O, uzun illər müdafiə nazirliyinin müxtəlif strukturlarında da çalışıb.

2022-ci ildə Hərbi Kəşfiyyat İdarəsinin (DRM) Rusiya-Ukrayna müharibəsinin miqyasını düzgün qiymətləndirə bilməməsindən sonra ona qurumu yenidən təşkil etmək tapşırılıb. General geniş islahatlar aparıb və ARTEMIS.IA platforması vasitəsilə süni intellekt texnologiyalarını kəşfiyyat sisteminə inteqrasiya edib.

Yeni komandanın qarşısına 2027-ci ilədək 20 min nəfərlik diviziyanın 30 gün ərzində döyüş hazırlığına gətirilməsi, 2030-cu ilədək isə koalisiya tərkibində 60 min nəfərlik ordu korpusuna rəhbərlik edilməsi vəzifəsi qoyulub. Bu plan 449 milyard avroluq altıillik müdafiə büdcəsi çərçivəsində həyata keçiriləcək. Proqrama SCORPION zirehli texnikaları, pilotsuz uçuş aparatları və sursat tədarükü də daxildir.

Məlumata görə, Fransa Rusiyanı əsas təhlükə hesab edir. Buna görə də hərbi kəşfiyyat sahəsində böyük təcrübəyə malik generalın ordunun rəhbərliyinə gətirilməsi ölkənin yeni hərbi strategiyasının mühüm hissəsi sayılır.

Yeddi övlad atası olan Jak Lanqlad de Monqro Fəxri Legion ordeninin kavaleridir.(musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 İyun 2026 02:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri