Icma.az
close
up
RU
Fransa səfirinin “fransızlığı”: “Makrona xoş gəlmək üçün...”

Fransa səfirinin “fransızlığı”: “Makrona xoş gəlmək üçün...”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ermənidən çox ermənilik edən Fransanın parlamenti də, hökuməti də çox əcaib şəkildə bütün beynəlxalq hüququn prinsiplərini ayaq altına ataraq bölgəyə soxulmaq cəhdləri edir. Onlar Ermənistanı silahlandırır, revanş üçün ürək-dirək verir, bir növ Cənubi Qafqazda sülh və tərəqqini təhdid edir”. 

Bunu “Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin Azərbaycanla sərhəddə gəlməsi ilə bağlı deyib. 

Deputat bildirib ki, Ermənistanın “böyük bacısı” olan Fransanın ordakı səfiri Olivye Dekotini yenə öz təxribatçı əməllərindən çəkinməyərək bu dəfə şərti sərhəd ərazisindən binokll şousu göstərib və orda müzakirələr aparıb, Azərbaycan tərəfə baxıb, hətta ordakı patrul dəstəsinə qoşulub: 

“Təbii ki, bu ölkənin səfirindən bundan başqa bir addım gözləməyə dəyməz. Təəssüf ki, biz hələlik Fransadan bundan başqa bir fəaliyyətdə görmürük. Çünki bu ölkə Makronun hakimiyyəti altında Fransanı dünya birliyi içərisində biabır etməsi ilə bərabər Azərbaycanla olan münasibətlərinə də tamamilə kölgə salır. 

Azərbaycan Ermənistan üzərində qələbə çaldıqdan sonra Cənubi Qafqazın lider ölkəsi olaraq, həmçinin, dünya miqyasında nüfuzlu, şərəfli və qürurlu bir dövlət olaraq bir növ Fransanın yuxunu ərşə çəkib. Hətta Fransa bu gün Azərbaycanın arqumentləri qarşısında çətin bir vəziyyətə düşüb. Bu ölkə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, sülh müaviləsi imzalanmasına çox böyük zərbələr vurmaqdadır. Fransa səfiri yaxşı bilir ki, bu addımların heç bir mənası yoxdur. O, Makrona xoş gəlmək üçün belə bir mənasız addımlar ataraq, orda hər hansı bir bəyanatlar verərək yalnız kövrək olan sülhə mane olmağa çalışır. 

Bunlar hamısı Fransa tərəfindən edilən və heç bir effekti olmayan cəhdlərdir”. 

Vüqar İskəndərov qeyd edib ki, sözdə sülhdən danışan Ermənistan, hələ də sürətlə silahlanma siyasətini həyata keçirir, həmin ərazilərdə hərbi hissələr tikir, istehkamlar qurur, ərazisinə cürbəcür hərbi blokları yerləşdirir. Ermənistanın burada problemi həmin şəraiti onlara yaratmasıdır: 

“Bilirik ki, Ermənistan ərazisində uzun illərdir ki, Rusiya hərbi bazası mövcuddur. İndi isə Avropa İttifaqının, Kanadanın da nümayəndələrinin, az qala NATO nümayəndələrini öz ərazisinə yerləşdirir. Ermənistanda ABŞ-nin 2000-dən yuxarı əməkdaşı olan səfirliyi fəaliyyət göstərir. Bu qarmaqarışıq bir situasiyada Ermənistan öz uğursuz siyasətinin qurbanına çevrilməkdədir. Biz təbii olaraq öz inkişaf yolumuzdayıq. 

Elə onların binoklla baxdığı ərazilərimizdə kəndlərimizi, şəhərlərimizi yenidən qururuq və insanları Böyük Qayıdışla öz doğma yurd-yuvalarına qaytarırıq. Paralel olaraq hərbi gücümüzü də artırırıq. Bu, bizim inkişafımızın göstəricisidir. Güclü bir ölkə olaraq həm diplomatik masada, həm də meydanda öz gücümüzü göstərən və bunu real sübut edən ölkə kimi inkişaf yolundayıq. Təəssüf ki, Ermənistan hələ də digər ölkələrin ona etdiyi təsirlərin altında uğursuz siyasət həyata keçirməklə özünü hazırda olan vəziyyətindən çıxarmağa tələsmir. Amma zaman gedir və hər keçən gün əleyhinə işləyir”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Dekabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri