Icma.az
close
up
RU
Fransa səfirliyi yandırıldı

Fransa səfirliyi yandırıldı

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Konqo Demokratik Respublikasının (DRC) paytaxtı Kinşasada bir neçə yüz etirazçı küçələrə çıxaraq Fransa səfirliyinin hasarının bir hissəsini, Belçika səfirliyinin girişini yandırıb, Uqanda səfirliyini isə qarət edib.

Modern.az xəbər verir ki, Fransa səfirliyinin divarı giriş hissədə qismən yandırılıb. Rəsmi Parisin bu hadisəyə reaksiyası gecikməyib. “Bu hücumlar qəbuledilməzdir. Əməkdaşlarımızın və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülür”, - deyə Fransanın xarici işlər naziri Jan-Noel Baro X hesabında bildirib.

Konqonun paytaxtının əsas prospekti olan “30 iyun” boyunca hərəkət edən etirazçılar Belçikanın diplomatik nümayəndəliyinin önündə - yandırdıqları giriş qapısının qarşısında dayandırılıb. Digər etirazçılar talan edilmiş və mebelləri boşaldılmış Uqanda səfirliyinə tərəf yönəliblər. Şəhərin mərkəzində Ruanda səfirliyinin yerləşdiyi binanın bir hissəsi dağıdılıb, avtomobillər yandırılıb və əmlak qarət olunub.

Konqo Baş nazirinin müavini Jakmin Şabani yerli radio vasitəsilə səfirliklərə yaxın şəxsləri də hədəf alan iğtişaşlar və talan halları qarşısında sakit və təmkinli olmağa çağırıb. Etirazçılar Konqonun Ruanda tərəfindən M23 üsyançı qrupu (23 Mart Hərəkatı) vasitəsilə gördüyü aqressiya qarşısında bu dövlətlərin susqunluğunu pisləyiblər.

Qeyd edək ki, bu hərəkat 2012-ci ildə Konqo ordusunun müxalif əsgərləri tərəfindən yaradılıb. Hakimiyyətə gəldikdən qısa müddət sonra - 2013-cü ildə MONUSCO sülhməramlılarının dəstəklədiyi Konqo Demokratik Respublikasının Silahlı Qüvvələri (FARDC) tərəfindən məğlub edilib. Bununla belə, M23 2022-ci ildə yenidən silaha əl ataraq Ruanda və Uqanda sərhədlərində yerləşən Şimali Kivu əyalətində bir neçə məntəqəni ələ keçirib.

Rəsmi Kinşasa Ruandanı bölgənin mineral sərvətlərinə çıxış üçün M23-ə fəal dəstək göstərməkdə ittiham edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Yanvar 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri