Icma.az
close
up
RU
Fransa tarix boyu ermənilərdən belə istifadə edib 2020ci ildən sonra cırılan maskalar...

Fransa tarix boyu ermənilərdən belə istifadə edib 2020ci ildən sonra cırılan maskalar...

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Fransanın Cənubi Qafqazdakı marağının və erməniləri müdafiə etməsinin bir neçə səbəbi var. Ən birincisi ermənilərlə Fransa arasındakl əlaqənin tarixidir. Bu əlaqələrin yaşı 200 ilə bərabərdir. Osmanlı dövründə yaşayan ermənilərin təhsil aldığı əsas universitetlər Fransada idi. O zamanlar Fransa Osmanlının tərkibində özünə dayaq məntəqələri yaratmaq üçün ermənilərdən istifadə edirdi. Ermənilərə münasibət xristiyan təəssübkeşliyindən irəli gəlir. Fransada və Avropada belə bir fikir formalaşıb ki, güya ermənilər Asiyada müsəlmanlığa qarşı son xristiyan qalasıdır. Müsəlmanlardan müdafiə etmək üçün ermənilərə kömək etmək lazım gəlir".
Bu sözləri Demokrat.az-a politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, digər əsas səbəb Fransanın qlobal maraqlarıdır:
“Təsadüfi deyil ki, 19-cu əsrdə Osmanlıda yaradılan erməni komitələrinin rəhbərləri Fransa universitetlərini oxumuş şəxslər idi. Fransa ATƏT-in  Minsk qrupunun üzvü olaraq uzun müddət əsl üzünü gizlətməyə çalışsa da, 2020-ci ildən sonra bütün maskalar cırıldı. Makron açıq şəkildə Ermənistanı dəstəklədi. 
1987-ci ildə Qarabağla bağlı çıxan ilk yazı Fransanın "Humanity" qəzetində çap olunmuşdu. O zaman ermənilərdən biri məsələni mətbuatda qaldırmışdı. Həmin erməni Qarbaçovun köməkçilərindən biri idi".
Politoloq bildirib ki, Fransa Azərbaycan ərazilərin işğal altında qalması və zamanla Ermənistanın tərkib hissəsi olmasının tərəfdarıdır:
"Bu səbəbdən də Cənubi Qafqazda ermənilərdən istifadə edir. Fransanın erməni dəstəkçisi olmasının arxasında Azərbaycan və Türkiyəyə qarşı münasibəti də dayanır. Bu münasibət tarixi rəqabətə dayanır. Fransa son illər ərzində Afrikada uduzduğu mövqeləri kompensassiya etmək üçün Qafqaza maraq göstərir. Fransanın Afrikada uduzduğu dövlətlərdən biri də Türkiyədir. 
Liviyada Fransanın dəstəklədiyi "Həftar" qruplaşması Türkiyənin dəstəklədiyi legitim Liviya hökuməti tərəfindən darmadağın edildi. İki ölkənin Aralıq dənizində də rəqabəti var. Bu səbəblərə görə Fransa Türkiyənin əzəli düşmanı Ermənistan, Yunanıstan və Şimali Kipri silahlandırır. Fransa bölgəyə yerləşməklə özünün əzəli müttəfiqi İranla yaxınlaşmağı, Ermənistanda hərbi baza yaratmağı arzu edir. Bununla da Cənubi Qafqazda nəzarəti ələ almaq istəyir. Gələcəkdə uranın orta Asiyadan Fransaya çatdırılmasını təmin etmək istəyir. Bütün bunlar Fransanın çox çeşidli maraqlarının yalnız bir qismidir".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Dekabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri