Icma.az
close
up
RU
Fransa tarixinin ən uğursuz prezidenti Saxta demokrat, gerçək diktator

Fransa tarixinin ən uğursuz prezidenti Saxta demokrat, gerçək diktator

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Fransanın ultrasağçı lideri Marin Le Pen Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilinərək, məhkəmə tərəfindən dörd il azadlıqdan məhrum edilib. Bu müddətin iki ili şərti olaraq, qalan iki ili isə elektron qolbaqla ev dustaqlığı şəraitində keçirilməlidir. Həmçinin o, beş il müddətinə seçki hüquqlarından məhrum edilib. Le Pen bu qərarı siyasi motivli qiymətləndirib və hakimiyyətin onu 2027-ci il prezident seçkisində iştirakdan məhrum etməsi kimi qələmə verib.

Le Penin həbsi ilə bağlı yayılan xəbərlər Fransa siyasətində və beynəlxalq arenada ciddi müzakirələrə səbəb olub. Çünki bu fakt Makronun siyasi rəqiblərinə qarşı təzyiq göstərdiyinin, onları qəsdən zərərsizləşdirdiyinin sübutudur. Axı prezidentliyə əsas namizəd olan müxalif lider haqqında məhkəmə qərarının onun 2027-ci il prezident seçkisində iştirak etməyi planlaşdırdığı bir dövrə təsadüf etməsi sıradan hadisə deyil.

Maraqlıdır ki, Makron özü şəxsən Avropa İttifaqında (Aİ) və digər beynəlxalq platformalarda müxtəlif ölkələrdə müxalif liderlərin həbs edilməsini demokratiyaya zidd və avtoritar addım adlandıraraq, bu kimi halları dəfələrlə tənqid edib. Bəs necə olur ki, Makron "demokratik dəyərləri və azadlıqları müdafiə etdiyi" halda, özü müxalifət liderlərinə qarşı sərt tədbirlər alaraq onların hüquqlarına zərbə vurur? Bu vəziyyət ikiüzlülük, ikili standartlar siyasəti deyilsə, bəs nədir? Təbii ki, Makronun atdığı bu və bu kimi sərt addımlar onun prezidentliyi dövründə Fransanın daha avtoritar bir rejimə çevrildiyini göstərir. Çünki Fransa tarixən demokratik dəyərlərin və hüquq dövlətinin möhkəm olduğu bir ölkə kimi tanınıb. Lakin məhz Makronun Fransaya rəhbərlik etdiyi dövrdə artan polis müdaxilələri, sərt qanunlar və müxalif liderlərə qarşı həyata keçirilən məhkəmə təzyiqləri bu dəyərlərin nəinki zəiflədiyini, hətta alt-üst olduğunu göstərir.

Bütün bunlar onu deməyə əsas verir ki, Fransada vəziyyətin gərginləşməsi və Makronun aqressiv siyasətini davam etdirməsi müxalifəti daha da aktivləşdirəcək və sərt mövqe tutmasına səbəb olacaq. Bu, həm küçə etirazları, həm də parlamentdəki mübarizə ilə özünü göstərə bilər. Misal olaraq 2018-ci ildə başlayan "sarı jiletlər" (yellow vests) üsyanını göstərə bilərik ki, bugünkü müxalifət də küçələrə çıxaraq daha güclü şəkildə etiraz edə bilər. "Sarı jiletlər"in Fransanın ən uğursuz prezidentinə qarşı üsyanının arxasında onun apardığı bərbad islahatlar nəticəsində orta təbəqənin gəlirlərinin azalması, zənginlərin isə bundan daha da faydalanması dayanırdı və bu etirazlar nəticə etibarilə, Makronun reytinqinin aşağı düşməsinə səbəb oldu. Fransa cəmiyyətində sosial ədalətsizlik barədə ciddi müzakirələrə yol açdı.

Beləliklə, Makronun rəhbərliyi Fransa cəmiyyətində sosial və siyasi parçalanmanı da gücləndirib. Fransız xalqı isə Makron və onun partiyası - "La République En Marche"nin cavabını yerli seçkilərdə və referendumda onların rəqiblərini dəstəkləməklə verib. Yəni bu uğursuzluqlar, Makronun reytinqinin aşağı düşməsi və onun siyasi mövqeyinin zəifləməsi 2027-ci il prezident seçkisində onun qalib gəlmək imkanlarını çətinləşdirib ki, Makron da bunun çarəsini rəqiblərini həbs etdirməkdə, diktaturaya keçiddə görür.

Lakin bu gərginlik yalnız daxili etirazlarla məhdudlaşmayacaq, həm də beynəlxalq təzyiqlərə səbəb olacaq. Əgər Makron hakimiyyəti demokratiya və insan haqları məsələlərində sərt mövqedə qalmağa davam etsə, Avropa İttifaqı və digər beynəlxalq qurumların Fransaya təzyiq göstərməsi istisna deyil. Makronun və müxalifətin bu qarşıdurması prezident seçkisinə az qalmış özünü daha aydın və sərt şəkildə göstərəcək. Müxalifət daha təşkilatlanmış və güclü bir şəkildə Makrona qarşı mübarizə aparmağa başlayacaq. Bu mübarizə isə həm də Fransanın onsuz da uçuruma yuvarlanan demokratiya və hüquqi dövlət gələcəyi ilə bağlı ciddi suallar doğuracaq.

Makronun siyasətinə etiraz edən, ona qarşı sərt mövqe ortaya qoyan tək yerli əhali və beynəlxalq ictimaiyyət yox, həm də müstəmləkə ölkələridir. 1960-cı illərdən bəri Fransa müstəmləkəsi olan Niger, Mali, Burkina Faso, Seneqal və Çad Fransanı ölkələrindən qovub. Fransanın keçmiş müstəmləkə ölkələri ilə gərgin münasibətləri, daha dəqiq desək, artan etirazlar yenə də Makronun hakimiyyət illəri ilə üst-üstə düşür. Fransa tarixən Afrika qitəsindəki bir çox ölkə ilə kolonial əlaqələrə malik olub və Makronun rəhbərliyi altında Parisin müstəmləkə keçmişi ilə bağlı siyasəti ciddi tənqidlərə və narazılıqlara yol açıb. Bu vəziyyət həm də Makronun xarici siyasətinin və ümumilikdə, Fransanın beynəlxalq nüfuzunun ciddi şəkildə sarsıldığını ortaya qoyur.

Bir sözlə, sadalanan faktlar Makronun Fransa tarixinin ən uğursuz prezidenti olduğunu deməyə əsas verir. Bu baxımdan, 2027-ci il seçkisi həm Makronun, həm də Fransanın dünyadakı siyasətinin gələcəyi nöqteyi-nəzərdən əhəmiyyətli dönüş nöqtəsi olacaq.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Aprel 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri