Fransa: Türkiyə bu ordunun sistemini tam sıradan çıxardı!
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin qabaqcıl elektron döyüş sistemləri Əsəd rejiminin Suriyadakı hərbi kommunikasiya infrastrukturunu tamamilə sıradan çıxarıb.
Axar.az xəbər verir ki, bu barədə Fransa hərbi kəşfiyyatının yaydığı hesabatda bildirilib.
“Bu əməliyyatlar həmçinin Suriya rejiminin sıx şəkildə istifadə etdiyi Rusiyanın “Arakis” və “Azart” radio sistemlərini zərərsizləşdirərək Türkiyəyə döyüş meydanında strateji üstünlük və regional güc dinamikasını dəyişdirmə potensialı qazandırıb”, - məlumatda qeyd edilib.
Hesabata görə, bu uğurun açarı ASELSAN tərəfindən hazırlanmış sistemlərdir. Bu sistemlər Türkiyəyə elektron müharibə əməliyyatlarında əhəmiyyətli üstünlüklər verir.
Hesabatda vurğulanıb ki, Türkiyə Ukraynada ələ keçirilən Rusiya sistemlərinin təhlili vasitəsilə elektron müharibə imkanlarını genişləndirib. Bu inkişaflar Türkiyəyə öz elektron müharibə texnologiyalarını daha da inkişaf etdirməyə şərait yaradıb.
Bundan əlavə, hesabatda Türkiyənin regional hərbi tarazlığı yenidən formalaşdırmaq potensialı ilə elektron müharibədə artan liderliyi vurğulanır. Türkiyənin müdafiə texnologiyasındakı yenilikçi addımları təkcə Suriyaya təsir etmir, həm də daha geniş bölgəyə strateji təsir göstərmək gücündədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 24 Dekabr 2024 07:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















