Icma.az
close
up
RU
Fransa Xarici İşlər Nazirliyi Suriyada zorakılıqların artmasını pisləyib

Fransa Xarici İşlər Nazirliyi Suriyada zorakılıqların artmasını pisləyib

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa Suriyada dini zəmində dinc əhaliyə qarşı çoxsaylı zorakılıq epizodlarını pisləyir və ölkənin yeni hakimiyyət orqanlarını bütün bu cinayətləri araşdırmağa çağırır.

Bizimyol.info xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Fransa Suriyada son günlər Tartus, Latakiya və Homs əyalətlərində baş vermiş ciddi zorakılıq aktlarından dərin narahatlığını ifadə edir. Biz dini zəmində mülki şəxslərə və məhbuslara qarşı zorakılıq aktlarını ən kəskin şəkildə pisləyirik. Biz Suriyanın müvəqqəti hakimiyyət orqanlarını bu cinayətlərin bütün hallarını üzə çıxaracaq və məsuliyyət daşıyanları məhkum edəcək müstəqil araşdırmalar aparmağa çağırırıq”, - deyə kommünikedə qeyd edilir.

Eyni zamanda departament xarici müdaxilə olmadan ölkədə hakimiyyətin “dinc və əhatəli” keçidinə sadiqliyini xatırladıb ki, bu da “Suriyada etnik və dini plüralizmin qorunub saxlanmasına təminat verəcək”. Fransa Xarici İşlər Nazirliyi bunun “ölkədə parçalanma və zorakılığın qarşısını almağın yeganə yolu” olacağını vurğulayıb və hakimiyyətin dinc yolla keçid şərtlərini yerinə yetirmək üçün bütün səyləri göstərəcəyini vəd edib.

Martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının silahlı qrupları arasında toqquşmalar başlayıb. Ən ağır atışmalar Əsəd ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cebla şəhərində baş verib.

Səlahiyyətlilər üç əyalətə ordu hissələri və zirehli texnika göndərib, böyük şəhərlərdə komendant saatı tətbiq edilib. Suriya Müdafiə Nazirliyi cümə günü sahilyanı ərazilərə nəzarəti bərpa etdiyini açıqlayıb. İki günlük toqquşmalar Ərəb respublikasının 2024-cü ilin dekabrında hakimiyyət dəyişikliyindən sonra Dəməşqdə keçid hökuməti üçün ən ciddi problemə çevrildi.

Kürd telekanalı "Rudaw"un məlumatına görə, Latakiya və Tartus əyalətlərində gedən döyüşlərdə 13-ü qadın və 5-i uşaq olmaqla azı 134 nəfər həlak olub. Onların əksəriyyətinin üzvləri ölkə əhalisinin 12%-ni təşkil edən Ələvi icmasına mənsub olduğu dəqiqləşdirilir. Cümə axşamından bəri Suriya keçid hökumətinin xüsusi təyinatlıları ilə eks-prezidentin silahlı tərəfdarları arasında gedən şiddətli atışmalarda ümumilikdə 229 mülki şəxs həlak olub.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Mart 2025 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri