Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Fransada doğulan görkəmli Azərbaycan rəssamı Onu başqalarından nə fərqləndirirdi?

Fransada doğulan görkəmli Azərbaycan rəssamı Onu başqalarından nə fərqləndirirdi?

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xalq rəssamı Vidadi Nərimanbəyovun anım günüdür.

Kulis.az bu münasibətlə Nəzakət Ələddinqızının "Sənətkar zamanın güzgüsü, əsərləri cahanın əksidir" yazısını təqdim edir.

Fırçanın dili dünyanın sözlə ifadə olunmayan bir ünsiyyət üsuludur. Onun vasitəsilə dünya xalqları bir-birinin adət-ənənəsi, tarixi kökləri, yaşayış tərzi, təbiəti, coğrafi ərazisi və ən nəhayət isə, həyata, cəmiyyətə olan baxışları ilə tanış olurlar. Bu dilin tarixi neçə-neçə yüzillikləri aşıb gəlsə də, hər zaman onun vasitəsilə həyatı dərk edən insanlara müəmmalı və maraqlı görünmüşdür. Deyə bilərik ki, fırçanın dili yaşanılan tarixin əksidir. Bəlkə də, tarixin yazılmamış hansısa səhifəsi məhz fırça ilə kətan üzərinə çəkilmiş tablolarda görünür, insan əqlinə, düşüncəsinə təsirini göstərir. Bu mənada ki, müxtəlif ictimai formasiyalarda qadağalar tarixin salnamələrinin qeyri-obyektiv əks etdirsələr də belə, rəssam fırçasından doğan fikirlər bu həqiqətlərə doğru yol açır.

Azərbaycan rəssamlıq məktəbinin neçə-neçə belə fırça ustaları olmuş, bu gün də onların ənənələrini davam etdirən sənətkarlar nəsli yetişməkdədir. Rəssamlığın hansı janrında yaratdığı əsərlərdən asılı olmayaraq, sənətkar zamanın güzgüsü, çəkdiyi rəsmlər isə yaşadığı cahanın əksidir. Bu gün haqqında söhbət açdığımız sənətkar da məhz rəssamlıq xüsusiyyətlərini bütövlükdə özündə cəmləşdirən və zamanla şəxsiyyəti arasında bir vəhdət yaradan simalardandır. Onun yaratdığı tablolar rəngarəngliyi ilə seçildiyi kimi, şəxsiyyəti də, həyata baxışı da fərdiliyi ilə diqqəti cəlb edirdi. Bu, respublikanın Xalq rəssamı, "Şöhrət" ordenli Vidadi Nərimanbəyovdur. Zaman onu əbədiləşdirsə də, Vidadi Nərimanbəyovun sənət dünyası yaşadığımız həyatın müasiridir.

Olduqca müdrik görkəmli, sakit təbiətli Vidadi Nərimanbəyov sənət dünyasında irəli gələrək, biri digərini təkrarlamayan tablolar müəllifinə çevrilmişdir. Qarışıq rənglərdən yaranmış bu tablolarda həyatın bir hissəsi öz əksini tapmış, Vidadi Nərimanbəyov dünyası ilə vəhdət təşkil etmişdir. Şəxsiyyətlə sənət anlayışının bir-birini tamamlaması, mübağiləsiz olaraq deyək ki, Vidadi Nərimanbəyovun sənət dünyasında tamamlamışdır. O, sənətə hər zaman yüksək ölçülər meyarından baxmış, bu prinsip əsasında da yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Onun fikrincə, sənətdən çox danışan, onun özəyini açıqlamağa çalışan insanlara rəğbət bəsləmir. Sənətə bir çox sənət xadimləri kimi ömrünün gənclik dövründə fırçanı əlinə alaraq, gənclik həvəsi ilə təbiətin kiçik bir hissəsini kətan üzərinə köçürmüş, həyata, sənətə olan eşqini məhz bu kiçik tablolarda yaşatmışdır.

***

Onun əsərlərində ilk illərdən başlayaraq, ömrünün sonuna qədər insanlara, həyata olan məhəbbət hissi sezilmiş, bütün mövzularda yaratdığı sənət nümunələrində canlı və təbii ifadə vasitələrilə duyğularını rənglərin köməyi ilə əks etdirə bilmişdir.

Mənbələrdə qeyd olunduğu kimi, Vidadi Yaqub-Fərman oğlu 1926-cı ildə Fransanın Kann şəhərində dünyaya göz açmışdı. İlk addımlarını da qürbət ölkədə atmışdı. Valideynləri qəriblikdə çox qala bilməyib doğma vətənə qayıtdılar. İkinci dünya müharibəsi bu ailənin də həyatına təsir etdi. Qorxu, səksəkə yeniyetmə Vidadinin dincliyini, rahatlığını aldı. Dövrün amansızlıqlarına qarşı nifrətini kağız üzərində "Nədir günahımız?" adlı ilk əsərində təsvir etdi. İllər ötüb keçdi. Müharibə əzabları tədricən unuduldu. Vidadi də yaradıcılıq həvəsi ilə düşündü, axtarışlar apardı, eskizlər etdi. Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirib. V.Muxin adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbində, sonra isə Tbilisi Rəssamlıq Akademiyasında təhsil aldı.

Ziyalı ailəsində dünyaya gələn Vidadi Nərimanbəyov böyük sənət xadimləri olan Kamil Xanlarov, Əyyub Məmmədov, Qafar Seyfullayev kimi sənətkarlardan dərs almış, sənətə pillə-pillə yüksəlib, rəssamlıq məktəbində tanınaraq şöhrət tapmışdır. Yaradıcılığının ilk illəri İkinci Dünya müharibəsi illərinə təsadüf etmişdir. Azərbaycanın qəhrəmanlıq simvolu olan vətən övladlarının portretini yaradaraq, xalqımızın göstərdiyi şücaəti yaratdığı rəng çalarlarında ifadə edə bilmiş, böyük ali hissləri fırça ilə təbii bir şəkildə əks olunmasına nail olmuşdur.

Sənətə gəldiyi zamandan klassik ənənələrə arxalanan Vidadi Nərimanbəyov bu çərçivəni yaradıcılıq yolundan kənarlaşdırmamış, böyük rəssamların sənət dünyasındakı cizgiləri əxz edərək, zəngin bir kolleksiyanın müəllifinə çevrilmişdir. Öz xalqına, vətəninə olan sevgi hissini yüksəkdə tutan rəssamın tablolarında vətənpərvərlik mövzusunda olan əsərlər üstünlük təşkil edir. Onun boyakarlıq janrında qeyd etdiyimiz mövzuda olan "Ağır ellər", "Yolda", "Bakı", "Vidalaşma", "Adsız təpələr", "1941-ci il" və s. tabloları vətənpərvərlik duyğusundan yaranmışdır. Vidadi Nərimanbəyovun sənətdə özünəməxsus orijinal yolu olduğundan, onun kifayət qədər fəlsəfi mahiyyət daşıyan məntiqli tablolarına rast olunur.

***

O, sənətdə elə bir mərhələyə gəlib çatmışdır ki, dünya xalqları arasında öz millətinə, xalqına şöhrət qazandırmağa nail olmuşdur. Onun yaratdığı sənət dünyası neçə-neçə insanlara mənəvi qida, ruh, enerji verərək, gözəllik aləmi ilə qovuşdurur. Qeyd etdiyimiz kimi, gözəllik Vidadi Nərimanbəyovun daxili aləminin inikası idi. Rəssam tablolarında zahiri xarakter daşıyan səthi gözəlliyə deyil, mənəvi saflığın ölçüsü olan ifadələri qabardaraq, dərin məzmunlu tabloları sənətsevərlərə təqdim etmişdir. Rəssam hər hansı bir əsəri yaradarkən, onu uzun müddət qəlbində yaşadıb, tam məzmun və forma vəhdətini tapdıqdan sonra kətan üzərində min bir rəngə çalan təbii boyalarla canlandırmışdır. Təbii ki, hər bir əsərini, o, yaşaya-yaşaya yaradırdı. Əks təqdirdə, sənət qalereyası cəlbedici ola bilməzdi. Bu tablolarda rəssam bir növ özünü sənətsevərlərə təqdim edib, bütün təsirlərdən uzaq olaraq sənət əsərləri yaradırdı.

Vidadi Nərimanbəyov yaşadığı dövrün, zamanın ab-havasını əks etdirməklə yanaşı, tarixi dövrü də rənglərin dili ilə tablolarında yaşatmağa cəhd göstərirdi. Onun yaratdığı əsərlərdə tarixi qiymət nəzəriyyə deyil. Tablolarda əks olunan hadisələr reallıqlar çərçivəsində gerçəkləşmişdir. Son dövrün hadisələri Vidadi Nərimanbəyovun yaradıcılığından yan ötməmişdir. Yaradıcılığa başladığı günlərdə olan vətənpərvərlik hissi ömrünün son gününədək onu tərk etməmişdir.

***

Sənətşünaslıq doktoru, professor Mürsəl Nəcəfov görkəmli fırça ustasının yaradıcılığına həsr etdiyi məqalədə vurğulayıb: "Vidadi olduqca səmimi insan, mehriban, qayğıkeş dostdur. Onun sevilməsinin, tanınmasının iki əsas cəhəti var: həddindən artıq zəhmətkeş və işinə məsuliyyətlidir. Bir dəfə də olsun molbert önündə könülsüz dayanmayıb, əlinə fırça almayıb. Axtarıb, arayıb, hələ işıq üzü görməyən əsərini xəyalında canlandırıb. Bəyənibsə, onu kətan üzərində əbədiləşdirib. Rəssamın bütün əsərlərinin mövzusu halal əmək, vətənsevərlik, sadəlik və səmimiyyətdir. Doğrudur, Vidadi Nərimanbəyov təbiəti sevir, ilin fəsillərinə həsr etdiyi mənzərələri var. Lakin insan qüruru, gələcəyə inam onun əsərlərinin əsas qayəsini təşkil edir".

***

Vidadi Nərimanbəyovun yalnız keçmiş SSRİ məkanında deyil, Macarıstanda, Çexiyada, Bolqarıstanda, Rumıniyada, Əlcəzairdə, Finlandiyada, bütövlükdə dünyanın 20 xarici ölkəsində fərdi sərgisi olmuşdur. Sənətə, insanlara sevgisi gənc bir şəxsin arzu və ideallarını xatırladırdı. Ömrünün kamil dövründə solğun görkəmində, çöhrəsində həyatın əzablı illərindən yadigar qalmış cizgilər bu insanın həyat salnaməsindən həzin və olduqca kövrək xatirələr söyləyirdi. Vidadi Nərimanbəyovun işıqlı gözləri, müdrik baxışı hələ neçə-neçə bitkin, gözəl əsərlər yaradacağını söyləyirdi. Həyata, sənət olan eşq ən ağır vəziyyətdə olduğu zaman belə, onu tərk etmədi və rəssamlıq məktəbinin dünəni, bugünü və gələcəyi haqqında söylədiyi fikirlər Vidadi Nərimanbəyovu, həqiqətən də, böyük bir sənətkar, şəxsiyyət kimi tamamladı.

Həyatda öz əməli işi ilə xalqına xidmət edib, sakit bir aləmə, sənət dünyasına qovuşaraq əsərlər yaradan Vidadi Nərimanbəyov rəssamlıq məktəbində, sənətsevərin qəlbində özünün abidəsini tablolarını yaradaraq əbədiləşdirdi. Özü də heç kimin təkidi və göstərişi ilə deyil, yalnız qəlbinin istəyi, tələbatı ilə yaranan zəngin sənət nümunələri bu gün sənətsevərlər tərəfindən böyük sevgi və məhəbbətlə qəbul olunub, tamaşaçısını bu əsərlər qarşısında dayanıb düşünməyə, keçmişə və gələcəyə boylanmağa vadar edir. Belə sənətkarların sənət irsi həyat həqiqətlərindən yoğrulduğundan zaman yaşadıqca, onlar insanların həmsöhbəti olacaq, yol yoldaşına çevriləcəkdir.

Məşhur müğənninin qardaşı həbs edildi Mənə elə ömür arzulayın ki - Vahid Əziz Yeni Ceyms Bond kim olacaq? - Kastinq direktoru "007"nin sirrini açdı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 İyul 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri