Icma.az
close
up
RU
Fransada etimad səsverməsi qalmaqalı: Respublikaçılar Partiyasında dərin ideoloji bölünmə

Fransada etimad səsverməsi qalmaqalı: Respublikaçılar Partiyasında dərin ideoloji bölünmə

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paris, 5 sentyabr, AZƏRTAC

Fransada sentyabrın 8-də keçiriləcək etimad səsverməsi ərəfəsində Respublikaçılar Partiyasında (Les Républicains - LR) daxili qarşıdurma daha da dərinləşib. Partiyanın iki əsas siması - Brüno Rötayo və Loran Vokye ictimai müstəvidə fikir ayrılıqları ilə çıxış edərək partiyanın mövqeyini qeyri-müəyyən hala gətiriblər.

AZƏRTAC-ın məlumatına görə, Baş nazir Fransua Bayrunun rəhbərlik etdiyi hökumətin gələcəyi sual altındadır. Etimad səsverməsi nəticəsində hökumətin süqut edəcəyi gözlənilir. Bu fonda sosialistlərin Matinona (Baş nazirlik) iddia etməsi, sağ mərkəzçi LR partiyasında daxili gərginliyi pik həddə çatdırıb. Loran Vokyenin sentyabrın 4-də verdiyi açıqlama partiya daxilində rezonans doğurub.

“Biz öhdəlik götürmüşük - hökuməti devirmirik. İstər sosialist, istər RN (Milli Birlik) hökuməti olsun, biz etimadsızlıq təklifi vermirik. Mən siyasi sabitliyin tərəfindəyəm. Fransada sabitliyi pozmaq milli fəlakətdir”, - deyə L.Vokye vurğulayıb.

Bu açıqlama, onun sosialist hökumətə dəstək verə biləcəyi ehtimalını doğurub və partiya daxilində narazılıqla qarşılanıb.

Vokyenin bu açıqlamasından cəmi bir neçə saat sonra LR partiyasının sədri Brüno Rötayo X hesabında kəskin reaksiya verib.

“Ən pis siyasəti dəstəkləmək söhbəti belə ola bilməz. Əgər biz hökumətə daxil olmuşuqsa, bu, məhz solun hakimiyyətə gəlməsinin qarşısını almaq üçündür. Ağ çek verilə bilməz”, - deyə indiki daxili işlər naziri sərt cavab verib.

Bu mövqe partiya daxilində iki qütblük yaradıb. Bir çox partiya üzvü Vokyenin sözlərinə narazılığını bildirib və sosialist hökumətə qarşı passiv yanaşmanı “özünəqəsd” adlandıran partiya fəallarının sayı artıb.

Partiya daxilindəki vəziyyəti izləyənlər qeyd edirlər ki, narazılıq artır, bəzi yerli təşkilatlar və deputatlar Vokyenin çıxışını partiyanın əsas xəttinə zidd hesab edirlər. Bəzi LR deputatları isə onun fikirləri ilə razılaşsalar da, “əgər Matinyona Olivye For gələcəksə, bu, qəbuledilməzdir” deyirlər.

Vokye isə açıqlamasını yumuşaltmağa çalışaraq bildirir ki, onun mövqeyi əvvəlcədən etimad göstərmək deyil, əksinə proqramı görmək və ona görə qərar vermək prinsipinə əsaslanır.

Bu qarşıdurma, sadəcə, ideoloji fərqlərlə izah olunmur. Siyasi müşahidəçilər xatırladır ki, Loran Vokye bu ilin yazında Rötayo qarşısında partiya sədrliyi uğrunda seçkilərdə məğlub olub. Bu səbəbdən, onların arasında şəxsi rəqabətin hələ də bitmədiyi ehtimal edilir.

Bəzi LR deputatları Vokyeni Makronu sola yönəltmək və Rötayonu hökumətdən uzaqlaşdırmaq məqsədilə bu bəyanatları verməkdə ittiham edirlər. Digərləri isə belə bir qarşıdurmanın sağçıların birliyini dağıtdığını və seçicilər arasında çaşqınlıq yaratdığını qeyd edirlər.

Mövcud faktlar göstərir ki, Respublikaçılar Partiyası hökumətə etimad məsələsində vahid mövqe ortaya qoya bilmir. Bu isə həm seçici bazasında parçalanma riski, həm də 2026-cı il prezident seçkiləri öncəsi strateji zəiflik yaradır. Sentyabrın 8-də keçiriləcək səsvermə yalnız hökumətin deyil, həm də Fransadakı sağ mərkəzçi siyasi spektrin gələcəyinin müəyyənləşməsində həlledici ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri