Fransada hazırkı hökumət istefa verə bilər Le Pen vaxt verdi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransada müxalifət lideri Marine Le Pen 2025-ci il büdcə layihəsində onun qırmızı xətt kimi qələmə verdiyi tələbləri təsdiq olunmasa, mövcud hökuməti devirməklə hədələyib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, parlamentdə Milli Rallinin (RN) və Yeni Xalq Cəbhəsi (NFP) ittifaqı hökumətə qarşı etimadsızlıq təklifini birgə dəstəkləyib, hökuməti çökdürə bilər.
Le Pen bunun üçün hazırkı Baş nazir Barnierə dekabrın 2-dək vaxt verib.
Le Pen "Le Monde” qəzetinə açıqlamasında elektrik enerjisi qiymətlərindəki vergi artımının geri götürülməsinə baxmayaraq, 2025-ci il büdcəsinin hazırkı variantında hələ də problemlərin olduğunu vurğulayıb.
Digər tərəfdən, hökumətin oktyabrın 10-da parlamentə təqdim etdiyi 2025-ci il büdcəsində 40 milyard avro qənaət və 20 milyard avro vergi artımı nəzərdə tutulur. Fransada bu il büdcə kəsiri Avropa İttifaqının (Aİ) müəyyən etdiyi 3 faizlik həddini xeyli aşır: Ümumi daxili məhsulun 6 faizini təşkil edəcəyi gözlənilir.
Mikayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 29 Noyabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















