Fransada islamofobiya: Başörtülü qadın Paris metrosunda zorakılığa məruz qalıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paris, 25 dekabr, AZƏRTAC
Fransada müsəlmanlara, xüsusilə başörtüsü taxan qadınlara qarşı hücumlar davam edir. Avropada İslamofobiya ilə Mübarizə Kollektivi (CCIE) tərəfindən yayımlanan videoda Paris metrosunda bir qadının başörtüsü taxdığı üçün bir kişi tərəfindən şifahi və fiziki təcavüzə məruz qaldığı görünür.
AZƏRTAC xəbər verir ki, sosial şəbəkələrdə geniş yayılan görüntülərdə həmin şəxsin İslama və peyğəmbərə qarşı təhqiramiz ifadələr işlədiyi, eyni zamanda kollektiv tərəfindən “Julie” adı ilə təqdim olunan qadına hücum etdiyi görünür. CCIE-nin məlumatına görə, kişi qadına tüpürüb və onu təhdid edib. Hadisəyə yalnız sərnişinlərin və metro əməkdaşlarının müdaxiləsindən sonra son qoyulub.
Kollektivin açıqlamasına əsasən, zərərçəkən qadın polisə şikayət etmək istəyib. Lakin hadisə yerinə gələn polis əməkdaşlarının əvvəlcə baş verənləri islamofob hücum kimi qiymətləndirməkdən imtina etdiyi və bunu “uyğunsuz fikir ifadəsi” adlandırdıqları iddia olunur. Yalnız isrardan sonra şikayət qəbul edilib və iş araşdırma mərhələsindədir. Rəsmi qurumlar hələlik bu məlumatları təsdiqləməyib.
Hadisə ilə bağlı Essonne bölgəsindən olan “Əyilməz Fransa” (LFI) partiyasından deputat Antuan Leomən X sosial şəbəkədə qadına dəstəyini ifadə edib. O bildirib: “İslamofobiya ölkəmiz üçün zəhərdir və ona qarşı qətiyyətlə mübarizə aparılmalıdır”.
Bu hadisə Fransada islamofob zorakılıqların məhkəmə səviyyəsində tanınması mövzusunda müzakirələri yenidən gündəmə gətirib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ilin ilk beş ayında Fransada 145 antimusəlman aktı qeydə alınıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75 faiz artım deməkdir.
CCIE isə 2024-cü ildə 1 037 islamofob hadisənin (diskriminasiya, zorakılıq, nifrət nitqi) qeydə alındığını bildirir ki, bu da 2023-cü illə müqayisədə 25 faiz çoxdur.
Hüquqların Müdafiəçisi assosiasiyasının 2024-cü il hesabatına əsasən, müsəlman və ya müsəlman kimi qəbul edilən şəxslərin təxminən üçdə biri diskriminasiyaya məruz qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 25 Dekabr 2025 02:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















