Icma.az
close
up
RU
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir

Fransada müdafiə sənayesi sahəsi gücləndirilir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paris, 11 iyun, AZƏRTAC

Fransanın müdafiə sənayesinin perspektivli şirkətlərindən biri olan “Exail Technologies”in bazarda mövqeyi daha da güclənə bilər. Maliyyə analitiklərinin fikrincə, “Safran” şirkətinin Montluson şəhərindəki istehsal sahəsinə yatıracağı 120 milyon avroluq investisiya Ətalət Naviqasiya Sistemlərinə artan tələbatı təsdiqləyir və “Exail Technologies” üçün müsbət perspektivlər yaradır.

AZƏRTAC xəbər verir ki, dəniz robot texnologiyaları və naviqasiya sistemləri üzrə ixtisaslaşan “Exail Technologies” son 18 ay ərzində birja dəyərini 8 dəfə artırıb.

“Safran” bu investisiya çərçivəsində yüksəkdəqiqlikli giroskopların istehsalını ildə 30 min ədədə çatdırmağı planlaşdırır. Bu texnologiyalar, xüsusilə, müdafiə sənayesində, raket sistemlərində və GPS siqnallarının maneələrə məruz qaldığı şəraitdə istifadə olunur.

“Exail Technologies” 2024–2028-ci illər ərzində istehsal gücünü 2 dəfə artıraraq, ildə təxminən 4 min naviqasiya sistemi istehsal etməyi hədəfləyir. Şirkət, xüsusilə, hərbi dəniz qüvvələri, pilotsuz dəniz vasitələri və quru müdafiə sistemləri üçün artan sifarişlərdən faydalanmağı planlaşdırır.

Analitiklər hesab edirlər ki, qlobal geosiyasi gərginliyin artması və müdafiə xərclərinin yüksəlməsi fonunda “Exail Technologies”in fəaliyyət göstərdiyi bazarlar uzunmüddətli inkişaf potensialını qoruyub saxlayır. “Safran”ın yeni investisiyası da bu tendensiyanın gücləndiyini göstərən mühüm siqnal kimi qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see170

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri