Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub
Icma.az bildirir, Azertag portalına istinadən.
Paris, 7 avqust, AZƏRTAC
Fransada ayrı-seçkiliyə qarşı mübarizə aparan təşkilatlar siyasi ritorikada stiqmatizasiyanın getdikcə adiləşməsindən narahatlıq ifadə edərək, 2027-ci il prezident seçkisində iştirak edəcək namizədləri bir qədər daha uzaqgörən olmağa çağırıblar.
AZƏRTAC xəbər verir ki, Fransanın “France Inter” radiosuna açıqlamalarında İnsan Hüquqları üzrə Milli Məşvərət Komissiyasının baş katibi Maqali Lafurkad və “SOS Racisme” təşkilatının prezidenti Dominik Sopo son illərdə ölkədə antisemitizm, müsəlmanlara qarşı düşmənçilik və ayrı-seçkilik hallarının kəskin artdığını bildiriblər.
Maqali Lafurkad bu məsələdə siyasətçilərin məsuliyyətini xatırlatmağın son dərəcə vacib olduğunu vurğulayıb.
“Prezident seçkisində iştirak etmək respublikanın prinsiplərini möhkəmləndirmək üçündür. Bu prinsipləri sadəcə səsləndirmək, lakin onların real həyatda həyata keçirilməsi üçün heç bir konkret addım atmamaq məqsədəuyğun deyil”, – deyə Dominik Sopo bildirib.
Hüquq müdafiəçilərinin tənqidinin hədəfində, digər məsələlərlə yanaşı, Fransanın “Renaissance” partiyasından olan siyasətçi və prezidentliyə mümkün namizəd Qabriel Attal da var. O, Vande departamentinə səfəri zamanı qanunsuz düşərgələr məsələsini gündəmə gətirərək, səyyar həyat tərzi keçirən insanları tənqid edib.
Dominik Sopo siyasətçinin bu məsələyə yanaşmasını sərt şəkildə tənqid edərək, onu “kiçik oğlan şousu göstərməkdə” ittiham edib. Onun sözlərinə görə, söhbət bəzi hallarda dövlətin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsinin nəticələrindən gedir.
Maqali Lafurkad isə siyasi liderləri səyyar həyat tərzi keçirən insanları stiqmatizasiya etməyə son qoymağa çağırıb. Onun sözlərinə görə, bu insanlar Fransada ən açıq və geniş qəbul edilən irqçiliyin hədəfinə çevrilirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 07 Avqust 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















