Fransada “ölümə yardım” haqqında qanun qüvvəyə minib
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Fransada “ölümə yardım” haqqında qanun Konstitusiya Şurasının təsdiqindən sonra qüvvəyə minib.
Bu barədə “The Guardian” məlumat yayıb.
Qanun sağalmaz xəstəlikdən əziyyət çəkən və dözülməz ağrıları olan yetkin şəxslərə tibbi yardım göstərilməklə həyatlarına son qoymaq hüququ verir. Qəbul edilən qanun rəsmi olaraq “həyatın sonu” və ya “ölümə yardım” haqqında qanun adlandırılır. Evtanaziya və “köməkli ölüm” terminlərindən istifadə edilmir.
Qanuna əsasən, bu hüquq Fransa vətəndaşlarına və ya ölkədə uzunmüddətli yaşayan, sağalmaz olduğu müəyyən edilən və dözülməz ağrılara səbəb olan xəstəlikdən əziyyət çəkən yetkin şəxslərə şamil olunur.
Prosedurdan əvvəl həkim xəstənin tələblərə uyğunluğunu təsdiqləməli, daha sonra xüsusi komissiya meyarların yerinə yetirilib-yetirilmədiyini qiymətləndirməlidir. Təsdiqdən sonra prosedurun həyata keçirilməsi üçün ən azı iki gün gözləmək və həmin gün qərarı yenidən təsdiqləmək tələb olunur. Xəstə istənilən vaxt razılığını geri götürə bilər. O, ölümcül maddəni özü qəbul etməlidir. Fiziki cəhətdən bunu edə bilmədikdə isə tibb işçisi ona yardım göstərə bilər.
İndiyədək Fransada passiv evtanaziyaya, o cümlədən süni həyat dəstəyinin dayandırılmasına, eləcə də ölümə qədər dərin sedasiyaya icazə verilirdi. Lakin həyatına aktiv şəkildə son qoymaq istəyən şəxslər bunun qanuni olduğu digər ölkələrə getməyə məcbur qalırdılar.
Prezident Emmanuel Makron qanunun qəbulunu alqışlayıb. Bununla belə, qanuna qarşı çıxanlar iki günlük düşünmə müddətinin kifayət etmədiyini və həssas qruplar üçün ciddi təhlükə yaratdığını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 19 Avqust 2026 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















