Fransada qəsdən meşə yanğınları törətməkdə şübhəli bilinən 128 nəfər saxlanılıb
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Fransada bu il meşə yanğınlarını qəsdən törətməkdə şübhəli bilinən 128 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nünez yanğınlar zamanı həlak olmuş 2 yanğınsöndürənin xatirəsini anmaq üçün Jirond departamentinə səfəri zamanı məlumat verib.
O bildirib ki, ilin əvvəlindən Fransada təxminən 12 min 500 yanğın ocağı qeydə alınıb və alov 44 min hektardan çox ərazini əhatə edib.
Nazirin sözlərinə görə, ölkə hazırda "qırmızı risk zonası"ndadır. O, yüksək temperaturun və quru bitki örtüyünün yanğınların sürətlə yayılmasına şərait yaratdığını vurğulayaraq, əhalini diqqətli olmağa çağırıb.
Qeyd edək ki, Fransanın bir sıra bölgələrində hazırda yanğın təhlükəsinin yüksək olaraq qaldığı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 23 İyul 2026 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















