Fransada qiyam böyüyür Lill şəhər meriyası darmadağın edildi
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransada keçirilən kütləvi aksiya zamanı nümayişçilər Lill şəhər meriyasının binasına basqın edərək orada vandalizm aktları törədiblər.
“Qafqazinfo” “France24” telekanalına istinadən xəbər verir ki, iğtişaşçılar binaya daxil olmağa müvəffəq olublar.
Məlumata görə, aksiyaçılar meriya binasının bir neçə qapısını sındıraraq içəri daxil olub, otaqları darmadağın etdikdən sonra sürətlə ərazidən uzaqlaşıblar.
Kanalın məlumatına görə, şəhər mərkəzində yüzlərlə aksiya iştirakçısı ilə polis qüvvələri arasında şiddətli toqquşmalar günortadan bəri davam edir. İğtişaş iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı fişənglər, daş və şüşə butulkalar atıblar. Polis isə cavab olaraq gözyaşardıcı qaz və səs-işıq qumbaralarından istifadə edib.
Xatırladaq ki, Fransada kütləvi etirazlar yanacağın kəskin bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin düşməsinə qarşı keçirilir. Paris, Lion və Marsel kimi böyük şəhərlərdə də analoji sərt toqquşmalar və polis məntəqələrinə basqınlar qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 17 Oktyabr 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















