Fransada Rusiya “kölgə donanmasına” aid tanker saxlanıldı Dronlarla bağlı şübhələr var
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransız polisi Avropa İttifaqının sanksiyaları altında olan “Borokay” adlı tankerin kapitanı və baş köməkçisini saxlayıb.
"AzPolitika” bildirir ki, bu barədə *Reuters* agentliyi məlumat yayıb.
Brest prokurorunun sözlərinə görə, gəmi heyəti tankerin milli mənsubiyyətinə dair sənədləri təqdim etməyib və istintaqla əməkdaşlıqdan imtina edib. Bildirilir ki, “Borokay” əvvəllər də Aİ orqanları tərəfindən şübhəli qeydiyyat sənədləri səbəbilə saxlanılmışdı.
Fransa ordusu tərəfindən dayandırılan tanker sentyabrın 20-də Rusiyanın Primorsk limanından çıxaraq Baltik və Şimal dənizlərindən keçib, daha sonra La-Manş boğazı vasitəsilə Qərbə istiqamətlənib.
*MarineTraffic* platformasının məlumatına görə, sentyabrın 22-də “Borokay” Kopenhagendən təxminən 90 km məsafədə qeydə alınıb. Həmin vaxt Kastrup hava limanı tanınmamış dronların görünməsi səbəbindən bağlanmışdı. Araşdırmaçı jurnalistlər iddia edirlər ki, tanker dronların buraxılması üçün istifadə olunmuş ola bilər.
Ekspertlər bu hadisəni Avropa sanksiyalarını pozmaq məqsədilə fəaliyyət göstərən Rusiya “kölgə donanmasına” qarşı atılmış ciddi addım kimi qiymətləndirirlər.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 02 Oktyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















